Yuxarı

Bu məşhurlar niyə fəxri ad almır? - Açıqlama

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın məşhur və sevilən şairləri – Musa Yaqub, Məmməd İsmayıl və Ramiz Rövşən hələ də “xalq şairi” fəxri adına layiq görülməyiblər.

Ramiz Rövşənin bir müddət əvvəl 70 yaşının tamam olduğu, Musa Yaqubun isə 80 illik yubileyinin yaxınlaşdığı səbəbindən bu məqam ədəbiyyat adamlarının müzakirəsinə səbəb olub. Ədəbiyyatsevərlər bu şairlərin fəxri ad almasının “arzulanan” olduğunu, ancaq təəssüf ki, hələ də onlar haqda təqdimatların verilmədiyini bildirirlər.

Axar.az xatırladır ki, AYB sədri, xalq yazıçısı Anar hələ bir müddət öncə sözügedən şəxslərin “xalq şairi” fəxri adı alması üçün təqdimat hazırlandığını mediaya açıqlamasında bildirmişdi.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri İntiqam Hümbətov isə belə bir təqdimat haqda məlumatsız olduğunu dedi: “Təqdimat adətən bizə göndərilmir, ona görə də bu təqdimat barədə məlumatım yoxdur”.

Xalq şairi, AYB katibi Fikrət Qoca isə bir neçə ildir yazıçılara fəxri adların verilmədiyini diqqətə çatdırdı: “Xatirimdədir ki, Anar sonuncu qurultaydan əvvəl fəxri adların verilməsi məsələsini qaldırmışdı. Təqdimat da o zaman verildi və yəqin ki, dövlətimiz zamanı gələndə bu adları verəcək. O ki qaldı Musa Yaqub, Məmməd İsmayıl, Ramiz Rövşən kimi şairlərin xalq şairi adına layiq olub-olmaması məsələsinə AYB-nin münasibətinə, əgər AYB sədri Anar onları təqdim edibsə, deməli, bizim mövqeyimiz ortadadır. Anar heç vaxt layiq olmayan adamların təqdimatını verməz”.

Məsələ ilə bağlı danışan xalq şairi Sabir Rüstəmxanlı da sözügedən şairlərin bu adla təltifə artıq haqq etdiklərini bildirib:

“Musa Yaqub da, Məmməd İsmayıl da, Ramiz Rövşən də qeydsiz-şərtsiz xalq şairi adını almağa layiq adamlardır. İnanıram ki, onlar bu adı alacaqlar”.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza xalq yazıçısı Anarın AYB adından təqdimat verdiyini, sözügedən şəxslərə fəxri adların verilməsinin gözlənilən olduğunu vurğulayıb.

Tarix
2017.01.09 / 14:49
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla