Yuxarı

Azərbaycanın “Sehrbazlar dərəsi” İtaliyada

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış Azərbaycan yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” (Kamal Abdulla. “La velle dei maghi”, Roma 2016.) romanı İtaliyanın “Sandro Teti Editore” nəşriyyatında çap edilib.

Axar.az xəbər verir ki, romanı italyan dilinə rus dilindən Genuya Universitetinin müəllimi Daniele Franzoni tərcümə edib. Kitaba ön sözü hazırda Avropanın bir çox aparıcı universitetləri ilə yanaşı, Harvard Universiteti ilə də əməkdaşlıq edən, orta əsrlər ədəbiyyatı və mədəniyyəti, eləcə də islam, xristianlıq və iudaizmlə bağlı sivilizasiyalararası münasibətlər üzrə mütəxəssis Franko Kardini yazıb.

Kitabın üzündə orta əsr rəssamı Maqsud Kəşaninin 1539-1540-cı illərdə çəkdiyi və hazırda Londondakı Viktoriya və Albert Muzeyində saxlanılan rəsminin təsviri verilib.

Qeyd edək ki, indiyə qədər “Sehrbazlar dərəsi” romanı Fransa, ABŞ, Rusiya, Türkiyə, Yaponiya, İran, Litva və Qazaxıstanda nəşr edilib.

Tarix
2017.01.17 / 13:17
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla