Yuxarı

“Üzünü belə görmədiyim yoldaşım...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün tanınmış yazıçı, şair Pərviz Cəbrayılın doğum günüdür.

Axar.az xatırladır ki, o, 1971-ci il yanvarın 18-də Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan Pərviz Cəbrayıl daha sonra müxtəlif mətbu orqanlarda çalışmağa başlayıb.

İlk kitabı “Öləngi” 2000-ci ildə nəşr olunub. Kitaba müəllifin hekayələri (“6 Kilkə”), esseləri, şeirləri, bir novellası (“İç-içə”) və 1996-cı ildə, 26 yaşında yazdığı “Öləngi” romanı daxil edilib. Elə həmin il keçirilən sorğuda “Öləngi” romanı “İlin hadisəsi” hesab olunub.

“Hər sabah yaşam” (Dəfnəli şeirlər) kitabı 2008-ci ildə işıq üzü görüb. Üçüncü kitabı – “Ən Yeni Ədəbiyyat” seriyasında nəşr olunan “Yad dildə” müəllifin cəmiyyətimizdə son 20 il ərzində baş verən hadisələrə bədii yanaşmasını əks etdirir. Roman haqda müxtəlif qəzet və saytlarda ayrı-ayrı baxışları əks etdirən çoxlu elmi-tənqidi, publisist yazılar dərc edilib. “Yad dildə” 2011-ci ilin “Nəsimi” kitab müsabiqəsində “İlin romanı” adını qazanıb. Daha sonra isə Azərbaycanın ən prestijli müsabiqəsi olan “Milli Kitab Müsabiqəsi”ndə (MKM) birinci yerin qalibi seçilməklə böyük rezonans doğurub.

46 yaşı tamam olan Pərviz Cəbrayılı onun öz şeirləri ilə təbrik edirik:

Dəli adam

Bir il də basdırdın getdi,

Bu gün çıxır ili, adam!

Sənə ömürlük iş düşür,

Ay illər qatili adam.

Gizlənqaç oynama Haqnan,

Nə böyüknən, nə uşaqnan,

İçin görünür uzaqdan,

Aynalı, şüşəli adam...

İtər, əriyər içində,

susar, kiriyər içində,

ölər çürüyər içində...

yenə də nəşəli adam.

Çatır ixtiyar yaşına,

çaşıb qalırsan işinə:

ağ tük çıxammır başına -

qat-qat, mərtəbəli adam.

Bu dünyası soyuq məzar,

“soyuq məzar”dan kim bezar?

Durub, bir də şeir yazar

məzardakı ölü adam?

Dəli adam... Dəli adam...

De neynim

Daha heç kim

oxşamır sənə,

daha heç kimdə

aranmırsan bir vaxtkı kimi.

Daha hamını sən bilib

kimsəyə qısqanmıram

kimsəni,

kimisə sən bilib

marşrut taksidən düşəndə ətəyinə toxunmaq,

yaxınlıq istəmirəm.

İstəmirəm təsadüfən kiminsə telinə toxuna barmaqlarım.

Birouz üz götürüb kimsələrdən

üzünə geyindirmək keçmir içimdən.

adlar seçmirəm səninçün

ad kitabından.

Daha heç kim sən deyil,

hamının adı özünündü,

üzü,

teli,

ayağı, əli,

taxdığı gümüş üzüklər, qolbaqlar,

sırğalar,

boyunbağılar,

mobil telefonlar belə,

özünün.

Daha mədəmin ağrısı,

aclıq çağrısı

oturub ürəyimdə,

beynimdə

sənin bilmədiyim nişanlarını

götür-qoy eləmək yerinə.

Məndən asılı deyil,

mən neynim, de...

Axı sən...

daha...

özün varsan,

Özünü gəzim

üzüm varsa...

Mənim təmizkar qadınım

Qadınım mənim,

dostum,

sirdaşım,

otdaşım,

torpaqdaşım

sevdiyim,

bağrıma basdığım,

üzünü belə görmədiyim

yoldaşım!

Əsirsən mənim yolumda,

yollarımın üstündə

əsirsən,

silib-süpürmək istəyirsən

getdiyim yolu.

Deyirsən, ayaqqabılarım,

şalvarım,

köynəyimin yaxası,

ətəyi, qolu

bulaşmasın.

Ayağıma zərrəcə

zir-zibil dolaşmasın.

Qardaşım!

Yolumda gördüyün

o toz-torpaq,

yar-yarpaq,

boş araq şüşələri,

dibinəcən sümürülmüş

ucuz siqaret kötükləri,

şəklim olan

qəzet qırıntıları,

polisə çağırış vərəqələri,

qırıq qandal tayları,

yağlı çaxırtikanları,

qan damlaları,

canavar tələləri,

quş cələləri,

altı yollarda getmiş

taykeş ayaqqabılar,

vaxtı lap çoxdan bitmiş

qət-təzə sürücülük vəsiqəsi,

pul islahatından xeyli sonra

bir kitabın arasında

bulunan

dəyərsiz, şax,

bir illik çörəyə

yetəcək qədər

ölmüş kağız əsginaslar...

Üstündən iyirmi il ötəndən sonra

əlimə yetən

“hə” cavabı yazılmış

sevgi məktubu -

iyirmi il sonra yoluma sırınan

ayaq izləri...

Süpürmə, - deməyə

dilim gəlmir,

bir daha yoluma çıxmazsan, deyə.

Ama özün bil,

bu sil-süpürdən sonra

məndən zibil də qalmır...

Tarix
2017.01.18 / 09:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla