Yuxarı

Ey həkim, oyatma uşaqlarımı... - Faiq

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə ürəyindən əməliyyat olunan tanınmış şair Faiq Balabəyli yazdığı yeni şeiri redaksiyamıza göndərib.

Kult.az Faiq Balabəylinin xəstəxanada yazdığı şeiri təqdim edir

O gün oğlumla qızım

başımı söhbətə qatdılar

mürgülədilər danışa-danışa,

palatada

mənim yerimdə yatdılar.

oğlumun alnından öpdüm,

qızımın üzündən.

Alnı tər içindəydi oğlumun,

qızımın üzünə yaş qonmuşdu gözündən

bağrıma basdım o təri, o göz yaşını...

Həkimə pıçıldadım yavaşca

onlar ürəyimdə yatır hələ də,

sən canın, neynirsən elə, özün bil,

çalış ki, səksənib oyanmasınlar...

Qeyd edək ki, Faiq Balabəyli 1964-cü il fevralın 23-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. “Eh ayrılıq, nə yamansan” (1993), “Kəsilməyən həyəcan fiti” (2003), “Sənə yazılan şeirlər” (2005), “Burda darıxmaq olmaz” (2008), “Yaşıl yuxulu dəniz” (2010), “Yaxın uzaq Elazıx” (2011) kitablarının müəllifidir. Ailəlidir, bir oğlu, bir qızı var. O, yanvarın 16-da “Zəfəran” hospitalda açıq ürək əməliyyatı keçirib.

Tarix
2017.01.22 / 01:02
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətt” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla