Yuxarı

Direktorun kitabı Türkiyədə dərc edildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun yeni kitabı çapdan çıxıb.

AMEA-dan Kult.az-a verilən məlumata görə, “Şirazi və onun Gülşən-i Raz tərcüməsi” adlı kitab Türkiyənin Ankara şəhərində “Manas” nəşiyyatında işıq üzü görüb.

Şirazi XV əsr Azərbaycan – Türk ədəbiyyatının az tanınmış söz ustalarından biridir. Şairin günümüzə qədər çatmış , təsəvvüf mövzusunda yazdığı türkcə şeirlərinin sayı çox deyildir. Lakin Şiraziyə böyük şöhrət qazandıran əsəri “Gülşəni-Raz” tərcüməsidir.

Şirazinin XIV əsrin böyük Azərbaycan təsəvvüf şairi Şeyx Mahmud Şəbüstərinin eyniadlı kitabından 1426-cı ildə sərbəst tərcümə yolu ilə türk dilinə çevrilmiş “Gülşəni-Raz” əsəri təsəvvüf haqqında qələmə alınmış dəyərli mənbədir.

Dünyanın müxtəlif kitabxanalarında Şirazinin tərcümə əsərlərinin əski əlyazma nüsxələrinin mövcudluğu onun orta əsrlərdə də məşhur olduğunu təsdiq edir.

Şair-mütərcimin “Gülşəni-Raz” əsəri dilin sadəliyi, axıcılığı və yüksək poetik özəllikləri ilə seçilir. Məsnəvi şəklində qələmə alınmış bu əsərin diqqəti cəlb edən cəhətlərindən biri onun dilində çoxlu sayda türkköklü əski sözlərin işlənməsidir.

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun Türkiyə oxucularına ilk dəfə təqdim olunan bu kitabında “Gülşən-i Raz” tərcüməsilə bağlı filoloji və linqvopoetik tədqiqatla yanaşı, əsərin mətni də verilib.

“Şirazi və onun Gülşən-i Raz tərcüməsi” əsəri 3 fəsildən ibarətdir. Birinci fəsil Şəbüstərinin “Gülşən-i Raz” əsəri və onun türkcəyə ilk klassik tərcüməsi adlanır. Burada tərcümənin əlyazmaları haqqında məlumatlar öz əksini tapır.

İkinci fəsil “Gülşən-i Raz” tərcüməsi və onun farsca əslinin müqayisəli-linqvistik təhlili”nə həsr edilib.

“Gülşən-i Raz” tərcüməsinin dil-üslub özəllikləri əsərin üçüncü fəslində yer alıb.

Kitabın redaktoru Gönül Mirzədir.

Tarix
2017.02.04 / 13:15
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla