Yuxarı

18 məşhurun bir şeiri – Cavid üçün

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

1996-cı il oktyabrın 29-da görkəmli dramaturq Hüseyn Cavidin məqbərəsinin açılış mərasiminə qatılmaq üçün Bakıdan Naxçıvana yollanan şairlər təyyarədə ona ithafən şeir yazıblar.

Kult.az artkaspi.az-a istinadən xəbər verir ki, sözügedən şeirlər təyyarədə qələm adamlarının bir-birinə ötürdükləri qoşa vərəqə yazılıb:

Kamal Abdulla:

Möhnəti ata bilsəydim,

Sənə qovuşa bilsəydim,

Səndən soruşa bilsəydim,

Ata, indi rahatsanmı?

Qabil:

Məqbərən mərmər, ay atam,

Sözlərin gövhər, ay atam,

Bəxtsiz bəxtəvər, ay atam,

Fərəhsənmi, fəryadsanmı?

Musa Yaqub:

Bu Naxçıvan diyarındır,

Mərmər türbə hasarındır,

Atəşi-eşq məzarındır,

Sən əbədi həyatsanmı?!

Cabir Novruz:

Anamla yan-yana uyuyan ata,

Anamdan xəbərsiz, məndən xəbərsiz.

Oğluyla bir yerdə baş qoyan ata,

Anamdan xəbərsiz, məndən xəbərsiz.

Zəlimxan Yaqub:

İlk qismətin qarlı Sibir,

Dayaqların dözüm, səbir.

Bir idi, üç oldu qəbir,

Dustaqsanmı, azadsanmı?

Fikrət Qoca:

Cərgələrə düzülməyən,

A dünyası düzəlməyən,

Dövranıyla düz gəlməyən,

Yenə həmin inadsanmı?

Sabir Rüstəmxanlı:

Ulu Turan, ulu niyyət,

Haqqa varan bəşəriyyət.

Üçuş yerin əbədiyyət,

Mərmərləşən qanadsanmı?

Rafael Hüseynov:

Həsrətiniz – özün yaşlı,

Dərdləriniz – sözün yaşlı.

Qəbrin, ömrün, gözün yaşlı,

Ərimədin – poladsanmı?

Nəbi Xəzri:

Cəlladların zamanında,

Qaldın Allah amanında.

Hüseyn Cavid ümmanında

Sən coşan Batabatsanmı?

Bəkir Nəbiyev:

Ürəyində oğul dağı,

Ahın yandırdı sazağı.

Axır ki, tapdın oylağı,

Oğuzsanmı, Bayatsanmı?

Mikayıl Mirzə:

Atam, anam – məhəbbətim,

Sənsiz nəydim? – Vallah yetim.

Mənim qəbir səadətim –

Turandan xəbərdarsanmı?

Salam:

Çox əzaba tuş oldu can,

Gözlərini bürüdü qan.

O boyda ağır yaradan,

Hələ sağ-salamatsanmı?

Rəfiq Zəka:

Türklük sənin qanındadır,

Ruhundadır, canındadır.

Atam, anam yanındadır,

Torpağında rahatsanmı?

Fərəməz Maqsudov:

Ölümsənmi, həyatsanmı,

Ümidsənmi, nicatsanmı,

Bir keçilməz Siratsanmı,

Bir aşılmaz Fıratsanmı?

Mahir Qarayev:

Oxunmaz, Turan oxunmaz,

Yasinin, surən oxunmaz.

Sibirdə Quran oxunmaz –

İncilsənmi, Tövratsanmı?

Musa Urud:

Axır güldü kor baxt, ata!

Nə yumşaqdı torpaq, ata!

Mişkinazdan toxtaq ata,

Turandan narahatsanmı?

Şahmar Əkbərzadə:

Mişkinazın yana-yana,

Nur ələdin qubarına.

Gəlin köçdü məzarına,

Kama yetən bir adsanmı?

Məmməd Araz:

Bu torpağın ürəyinə çəkildin,

Ürəyinə, bəbəyinə çəkildin,

Dən-dən olub sinəsində əkildin,

Bitmək üçün azadsanmı, əfəndim?

Tarix
2017.02.20 / 08:45
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla