Yuxarı

Millət vəkili Heydər Əliyevlə bağlı kitab yazdı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heydər Əliyev siyasi irsinin politoloji aspektləri" adlı kitabım nəşr edildi.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili ümummilli lider Heydər Əliyevin siyasi irsi haqda olan kitabının işıq üzü görməsi ilə bağlı rəsmi Feysbuk səhifəsində yazıb. O, kitabda Heydər Əliyevin tək siyasi biliklərinə yox, bütün həyatına nəzər salındığını bildirib:

“Kitabda Azərbaycanın və dünyanın görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyəti, nəzəri baxışları bir elmi sistem kimi götürülür, onun formalaşmasının tarixi səbəbləri araşdırılır, fəaliyyətinin siyasi elmin inkişafına verdiyi töhvə əsaslandırılır. Onun siyasi baxışlarının predmeti, kateqoriyaları, nəzəri mənbələri əsaslandırılır, elmi qanunauyğunluqları göstərilir. Çalışdığı bütün sahələrin fəaliyyətinin metodologiyası müəyyənləşdirilir, ümumiləşdirilmiş prinsiplər gələcək nəsillərin öz dövrünün problemlərini həll etməyə, Azərbaycanın dövlət müstəqilliyini daima qorumağa, dayanıqlı və inkişaf edən cəmiyyət qurmağa dəstək olacağına diqqət yönəldilir.

“Heydər Əliyevin siyasi irsinin aspektləri” xüsusi kursunun predmeti dünya və Azərbaycan tarixinin görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin uğurunun mahiyyət və səbəblərinin araşdırılması göstərilir. Dahi siyasətçinin fəaliyyətinin məntiqi nəticəsinin klassik elmin tələblərinə cavab verməsi araşdırılır, onun müstəqil elmi metod kimi istifadə edilməsi göstərilir. Kitabda həmçinin Heydər Əliyev siyasi irsi siyasi və iqtisadi islahatların həyata keçirilməsi, totalitarirzmdən xilas olan cəmiyyətlərdə hüquqi demokratik dövlət quruculuğu, səmərəli milli iqtisadiyyatın qurulması, beynəlxalq aləmdə ölkənin layiqli yerinin tutulması və s. bu yönümlü məsələlərin həllində metodologiya kimi göstərilir”.

Kitabda Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müstəqil dövlətçiliyimizin möhkəm zəmanəti kimi qiymətləndirilmişdir. Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçiləri professorlar Əlikram Abdullayev, Musa Quliyev, Elman Nəsirov, dosent Sakit Əliyevdilər. Kitab Heydər Əliyev siyasi irsinin öyrənilməsinə maraq göstərən geniş oxucu dairəsi üçün əlavə mənbə və ali məktəblərin politoloji ixtisaslarının bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün dərslik kimi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, səkkiz fəsil, otuz paraqraf və 240 səhifədən ibarət olan kitab 500 tirajla "Azərbaycan" nəşriyyatında çap edilib.

Tarix
2017.03.02 / 13:52
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla