Yuxarı

Təki o gələndə, sevgilim oyanmasın...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru, əməkdar jurnalist Qulu Ağsəsin ad günüdür.

Qulu Ağsəs 1969-cu il 20 apreldə Ağdamın Abdal Gülablı kəndində doğulub. Gəncliyindən müxtəlif media orqanlarında, o cümlədən Azərbaycan radiosunda çalışıb. "Sənsən hər yer", "Külək poçtu" (ukraynca), "Nabran novellası", "Nöqtələr", “Dan yeri” (ingiliscə) kitabının müəllifidir.

Şeirləri türk, rus, özbək, gürcü, ukrayn, polyak dillərinə tərcümə edilib.

Kult.az Qulu Ağsəsin ad günü ilə bağlı paylaşdığı şeirini təqdim edir:

Yorulub oturdum
varağın bir küncündə,
ürəyim it kimi ulayır
it kimi...
at gücündə.
Qışa bir taya şeir yığmışam
sözü misraya vura - vura.
Günəş - müqəvva görünsəydi
gecəni quş kimi qorxuzub uçura...
Düşünürəm:
Yaşamaq!
- dünyanın ən zor işi!
Yaşamaq!
- irəli qovaraq keçmişi!
Fəqət...
istəyirəm əcəl gələndə
qarşımda heç nə dayanmasın.
Məni elə çağırsın ki,
sevgilim yuxudan oyanmasın...

Tarix
2017.04.20 / 00:14
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla