Yuxarı

Düzdü, yoxsa səhv? – Bu, Faiqin işidir…

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bayıldan bayıra” kitabı haqda

Faiq Balabəylini ədəbi mühit illər boyu gözəl lirik şair kimi tanıyıb. Şeirləri dövrü mətbuatda mütəmadi çap olunub, diqqət çəkib, bəyənilib. Daha sonra bir neçə şeirlər kitabı işıq üzü gördü. Lakin görünür ki, uzun illər boyu Faiq Balabəylinin yaradıcı təfəkküründə poeziyaya sığışdıra bilmədiyi mövzular yığılıb qalıbmış. Çünki təxminən beş-altı il əvvəl nəsr yazmağa başlayandan sonra sürət və rahatlıqla çoxsaylı hekayələr povestlər yazdı, müxtəlif dərgilərdə, saytlarda çap elətdirdi. Başqa sözlə desək, Faiqin şeirdən nəsrə keçid prossesi çox rahatlıqla baş verdi.

Lakin zahiri rahatlıq əksər hallarda daxili ağrı-acı, iztirabın göstəricisi olur. Bu məqamlara toxunmaq istəmirəm, ədəbi müstəvi üçün ən vacib olan ədəbi məhsulun keyfiyyəti və dəyəridir.

Faiq Balabəylinin nəsrə keçidində ən uğurlu məqam onun oxucu kütləsi ilə bağlılıq körpüsünü qoruyub saxlaya bilməsidi. Bəzən elə olur ki, çox sevilən bir şair nəsr əsərləri yazmağa başlayır, lakin nəsr sahəsində oxucularını itirir, çünki nəsri şeirlərinə nisbətən daha ağır, daha anlaşılmaz, daha qarışıq olur. Şükürlər olsun ki, Faiq Balabəylinin nəsri bu cür deyil, şeirləriylə qazandığı oxucu kütləsini hekayə və povestləriylə bir qədər də genişləndirir. Çünki Faiq nəsrdə də şeirdə olduğu kimidir, sadədir, səmimidir, olduğundan artıq görünməyə çalışımır, filosofluq eləmir, sadəcə özünü göstərir, özünün dünyaya baxışını nümayiş etdirir. Bəs nədədir bu dünyaya baxışının fərqliliyi, maraqlılığı?

Ən birincisi işıq. Qəribə də olsa, Faiqin bu kitabındakı povest və hekaylərinin qəhrəmanları həyatın ən ağır sınaqlarından keçən, gah dəyişən, gah uyğunlaşan, gah mübarizə aparan insanlar olsalar da, əsərlərin ümumi ab-havasında bədbinlik, ağırlıq yoxdur. Faiq qara-boz rənglərlə işləyə bilmir. Ən ağır situasiyada olan insanların həyatının təsvirində də işıq xəttini tərk eləmir. Əsərlərin dili, ümumi ab-havası, təsvirləri oxucuya mənfi enerji ötürüb onu daxili depressiyalara, gərginliklərə salmır, əksinə, mübarizə aparmağa, təslim olmamağa səsləyir...

Faiqin realist hekayə və povestlərinin qəhrəmanları da - Şirxandan tutmuş Akula Tolikəcən, cibgir Pərvizdən tutmuş Xaqana kimi - əslində cəmiyyətin ucqarlarında mövqe tutan insanlardı. İlk baxışdan elə görünə bilər ki, bu insanlar şər qüvvənin təmsilçiləridir. Ancaq yenə də biz xarakterlərdə qara-boz rəngləri görmürük. Yazıçı öz qəhrəmanlarını anlamağa, hətta bəzən onlara haqq qazandırmağa çalışır. Düzdü, yoxsa səhv - bu artıq yazıçının şəxsi işidir, buna heç kim müdaxilə edə bilməz...

Zənnimcə, Faiq Balabəylinin nəsrinin ən uğurlu cəhəti məhz budur - insanları şər qüvvənin təmsilçisi olaraq möhürləyib üstündən birləfəlik xətt çəkmir, onları başa düşməyə, halına acımağa çalışır və sanki cəmiyyəti də buna çağırır...

Faiq Balabəylinin “Bayıldan bayıra” adlandırdığı bu kitabı da oxuculara da maraqlı həyat faktları təqdim edəcək, düşündürəcək, insanlara münasibətdə az da olsa, dəyişikliklər yaradacaq...

Yazıçının ən böyük istəyi də zənnimcə budur...

Ona bu işdə uğurlar arzulayıram.

Tarix
2017.04.21 / 08:45
Müəllif
İlqar Fəhmi
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla