Yuxarı

Eşşəyinin anqırmasına görə həbs edilən...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kitab oxuyanda axırıncı dəfə nə vaxt ağladığım yadıma gəlmir. Deyəsən lap çoxdan olub bu.

Tanınmış şair, publisist Faiq Balabəylinin “Bayıldan bayıra” adlı kitabı isə qəlbimizin sarı siminə toxundu. O anda ki, Məmməd doğulandan üzünə həsrət qaldığı körpə qızının ayaq barmaqlarını əzizləyib yana-yana öpəndə, Gülsüm içində qovrularaq hıçqıranda, oğlu əsir götürülən ata oğruya üz tutanda ... və bir də Faiq Balabəyli həbsxana həyətindən balaca qızına gül dərəndə... Müəllifin səmimi və cəsarətlə, xüsusi jurnalist bacarığı və heç vaxt onu tərk etməyən güclü yumor hissi ilə qələmə aldığı hekayələr, “Lənətlənmiş həyat” adlı povesti çox maraqla oxunmaqla həm də oxucunu düşündürür. Çünki bu yazılarda söhbət həbsxana sakinlərindən gedir və elə məqamlar var ki, oxucu bir anlığa özünü o qəhrəmanlardan ən azı birinin yerinə qoyur. Nədən ki, həbs edilənlərin hamısı qatı cinayətkar deyil. Əksinə, adi bir təsadüfün, diqqətsizliyin qubanı olanlar o qədərdi ki... Hələ eşşəyinin anqırmasına görə (əlbəttə, bu bir bəhanə idi) həbs edilənlər də varmış. Yəqin elə bundandır ki, ”Bayıldan bayıra” kitabı son vaxtlar ədəbi aləmdə maraqla müzakirə edilən nəşrlərdən biridir.

“Bayıldan bayıra” kitabının qəhrəmanları digər roman və povestlərdə tanış olduğumuzdan daha çoxdur. Hərəsi də bir cürə acı taleyi ilə sanki bir roman qəhrəmanlarıdır. Hərçənd ki, onlar real həyatda qəhrəman ola bilmədilər... Bəziləri elə bil, həbsxana üçün doğulub, gedir qayıdır. Sanki geniş dünya onlara dar gəlir. Eləsi də var ani bir hərəkətdən, səbirsizlikdən, necə desək, qeyrət-namus məsələlərində cinayət törədib gəlib zindan həyatı yaşayır. Amma illər gəlib-keçsə də o, bu mihitə alışmır və özünü, daxili azadlığını qoruyub saxlaya bilir... Müəllif real misallarla söyləyir ki, həbsxananın öz yazılmamış qanunları var. Burada da yaxşı və yaman adamlar çoxdur. Öz həyatını belə ciddiyə almayan, ədalətin keşiyində durmalıykən özü cinayət törədən elə hüquqşünas Füzuli kimi, adamların heysiyyəti, qəlbi ilə oynayan cibgir Pərviz kimi. Və həmin cibgir sonra gəlib molla olsa necə? “İndi də belə girirəm cibə” deyə, özü-özünü belə açıq və bəzən də gizli təqdim edən adamlar...

Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi “Şirin lənətlər” adlı ön sözü ilə kitabı daha yaxşı xarakterizə edir: “Qəribə də olsa, Faiqin bu kitabındakı povest və hekayələrin qəhrəmanları həyatın ən ağır sınaqlarından keçən, gah dəyişən, gah uyğunlaşan, gah mübarizə aparan insanlar olsalar da, əsərlərin ümumi ab-havasında bədbinlik, ağırlıq yoxdu. Faiq qara-boz rənglərlə işləyə bilmir. Ən ağır stuasiyada olan insanların həyatının təsvirində də yazıçı işıq xəttini tərk eləmir”. Ondandır ki, çoxdan tanıdığım Faiq Balabəyli başına gələnlərdən və gələcəklərdən asılı olmayaraq qəlbi işıqlı bir insandı. Düzü, onu son vaxtlar daha yaxşı tanıdım. O anda ki, onun insana İNSAN kimi münasibətini gördüm. Elə mürəkkəb bir şəraitdə qələmə alınan bu kitab da insana olduğu kimi münasibət tələb edir adamdan. Daha “Lənətlənmiş həyat” povestinin qəhrəmanı Mamed kimi şərlənib məhv edilməyi yox... “Bayıldan bayıra” təxəyyülün, düşüncənin və arzunun məhsulu deyil. O, həyatın özüdür. Oxucuya güclü təsir edən də budur. Sanki adamın gözü açılır, birdən Gülsüm kimi səni də bir qohum, bir dost aldadar, Mamed kimi adım pisliyə çıxar, deyə... Gözünü dörd açmağı öyrədir bu kitab. Anladır ki, kostyumlu, qalstuklu oğrular fırlanır ətrafında. Adam zahiri görkəmə çox aldanır axı... Və ümumiyyətlə, insan cildində canavarlar varmış həyatda...

Oxuyun bu kitabı, sizə gərəkli olanı oxuyun! Mən bu kitabdan hələ yaxşı tanımadığım həyatı bir az daha öyrənməyə çalışdım. Elə yazıçının da məqsədi budur...

Lirik şeirlər, maraqlı yazılar müəllifi F.Balabəyli ilə bağlı bu 20 ildə bircə kəlmə belə yazmamışdım. Amma mən onun asık surətini görmədim heç. Düşünürəm, onun kimi işıqlı adamlara dünyamızın ehtiyacı çoxdu... Həm də yazı səmimi bir düşüncə məhsuludu, istər-istəməz işıq ona yansıyır...

Musavat.com

Tarix
2017.05.24 / 00:54
Müəllif
Mina Rəşid
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla