Yuxarı

Fikrət Sadığın qızı: “Səni dəli kimi sevdim...” - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mərhum şair Fikrət Sadığın doğum günüdür.

Kult.az xatırladır ki, o, 1930-cu il mayın 30-da Şamaxıda anadan olub. Burada ibtidai, Kürdəmirdə isə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib. Daha sonra ADU-nun filologiya fakültəsində təhsil alıb.

Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı “Gənclik nəğmələri” almanaxında dərc etdirdiyi “Artist” və “Ana əli” şeirləri ilə başlayıb.

Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub.

Fikrət Sadıq “Dəniz küçəmizə gəlir”, “Cırtdan hara getmişdir?”, “Sevgi yağışı”, “Bala kirpi”, “İşığın yaşı”, “Göydə nə var”, “Gəlin yuyaq dənizi” “Ağ cığır”, “Yerdən göyə ümid” və başqa kitabların müəllifidir.

O, Azərbaycan yazıçılarının VII-VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilib. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, “Əməkdə igidliyə görə” medalı ilə (1986) təltif olunub.

Şairin qızı, yazıçı Aysel Fikrət Feysbukda atası ilə bağlı xatirələrini bölüşüb:

“Sənsiz ilk ad günü... İlk dəfədir bu günü sevmirəm... “Ata, nə alım sənə?” - deməyəcəm. Sən də cavabında gülümsəyib, “heç nə, nəvələrim hədiyyədir”, - deməyəcəksən. Aşıb-daşmayacaq evimiz. Səni bərk-bərk qucaqlayıb, əllərini öpə bilməyəcəm. “Sənsiz ölərəm” deyirdim həmişə, ölürəm elə. Canım, hər şeyim sən idin.

Canım atam! Hər gün, hər dəqiqə, hər an səndən danışıram, səninlə danışıram. Hətta mənimlə danışmaq istəyənlər belə, səndən danışmaqla sözə başlayırlar. Bir dəfə də soyuqluq etmədin mənə, heç xətrimə dəymədin. Bir dəfə də əl qaldırmadın, acılamadın. Elə sevdin ki, ömür boyu sevgisiz qalsam, mənə yetər. Nə yaxşı ki, var idin. Doğum günün mübarək! Nə yaxşı ki, mənim idin. Bəlkə də sevindirmədim səni. Yalnız səni dəli kimi sevdim. Duymuram sən gedəli özümü. Necə yaşadığımı hiss etmirəm”.

Qeyd edək ki, Fikrət Sadıq 2016-cı il noyabrın 16-da 86 yaşında Bakıda vəfat edib.

Tarix
2017.05.30 / 11:03
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla