Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Sentyabr 2017


Havalar istiləşir: Onlar yazırlar, yoxsa dincəlirlər? - Sorğu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yayın gəlişi, havaların həddindən artıq isti keçməsi çoxlarının əhvalının, işgüzar fəaliyyətinin aşağı düşməsinə səbəb olub. Təsadüfi deyil ki, insanlar məzuniyyətlərindən əsasən yay fəslində yararlanırlar. Bəs yazarlarımız necə, yayda istirahət edir, yoxsa yaradıcılıqla məşğuldur?

Kult.az yazarlarımızın bu suala verdikləri cavabları təqdim edir:

Şair Salam Sarvan: “Nəhayət, neçə illik tərəddüdlərə son qoyub təsəvvürümdəki romanı yazmağa başladım. Ancaq bəri başdan görürəm ki, çox soyuq bir əsər olacaq. Dili, düşüncə tərzi, texnikası, obrazları özümə də yad gəlir. Hərçənd öz içimdən gəlir. Görək nə olur. Alınmaya da bilər, bezib yarımçıq da saxlaya bilərəm, çün çox çətin yazılır. Bu ara özümü yazı əzablarına salmaq istəyirəm, hiss edirəm ki, mənim mətnlə böyük savaşım hələ indi başlayır”.

Şair Vasif Süleyman: “Mənim üçün yazı prosesində fəsil anlayışı yoxdur. Həmişə zamanından asılı olmayaraq yazmışam”.

Şair Aqşin Yenisey: “Guya, soyuq havalarda yazdıqlarımız dünyada əl-əl gəzir... Bizim yaradıcılığımız elə qışda soyuğu, yayda istini yola verməkdən başqa nəyə yarayır ki?”

Şair Səlim Babullaoğlu: “Mən indi daha çox tərcümə işi ilə məşğulam, eyni zamanda naşirlik fəaliyyəti ilə. Odur ki, nəinki ürəyimcə olan, heç ürəyimcə olmayan şeyləri də yazmağa vaxtım yoxdur”.

Şair Maarif Soltan: “Mən yalnız yazda və payızda yaza bilirəm. Yayda başımı soxmağa sərin, qışda isti yer axtarıram”.

Yazıçı Nəriman Əbdülrəhmanlı: “Yazıram. Daha doğrusu, bitirmişəm, redaktə işləri aparıram. Neçə illərdir planımda olan “Taclı” roman-triptixini, nəhayət, qələmə aldım. Roman Şah İsmayıl Xətai, Taclı Bəyimin hekayətini və oğulları Təhmasibin ömrünün ilk dövrünü əhatə edir. Yəqin ki, redaktə və dəqiqləşdirmə işlərini bu ay tamamlayıb çapı ilə məşğul olacağam”.

Şair-bəstəçi Şahin Musaoğlu: “Təb gəldikdə yazmamaq olmur. Oğluma bir öyüd şeiri başlamışam... Görək axırı necə gələcək”.

Yazıçı Şərif Ağayar: “Açığı, son vaxtlar işlər çoxdur, ona görə yaradıcılıqla məşğul ola bilmirəm. Yəqin, yaxınlarda başlayacağam. Əlimdə ciddi yazılar var”.

Şair Telli Pənahqızı: “İstinin, soyuğun yaradıcılığa, təbə, ilhama aidiyyəti yoxdur! Gəldisə gələcək və yazılacaq”.

Tarix
2017.07.14 / 01:09
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

İlham Rəhimovun kitabı almanca çap olundu

"Anasından görmədiyini Elnarə xanımdan görən Mövlud..."

Məşhur aktrisa Fərid Hüseynin şeirini oxudu - Foto

Millət vəkili: “Bu, məni çox duyğulandırdı” - Video

Öz qəbrinin üstündə 40 il şam yandıran şairimiz

Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan

Kərkük sevdalı Paşayev - Foto

Vahabzadə, Rüstəmxanlı və Cəfərov... - Foto

Aqşin Evrən Təbriz qəzetində - Foto

Biz dostların bağ evi göydən zənbillə düşdü...

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla