Yuxarı

“Güney Azərbaycan nəsri” antologiyası çap olundu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nurlar” nəşriyyatı “Güney Azərbaycan nəsri” antologiyasını çap edib. Vaqif Sultanlı və İrəc İsmayılın təqdimi və “Ön söz”ü ilə yayınlanan antologiyaya Güney Azərbaycan bədii nəsrindən seçmələr daxil edilib.

Azərtac xəbər verir ki, nəfis tərtibatla çapdan çıxan kitabda Zeynalabdin Marağayi, Mirzə Əbdürrəhim Talıbov, Seyid Cəfər Pişəvəri, Həmzə Fəthi Xoşginabi, Pənahi Makulu, Həbib Sahir, Gəncəli Səbahi, Səməd Behrəngi, Qulamhüseyn Səidi, Rza Bəraheni, Nasir Mənzuri kimi tanınmış simalarla yanaşı, orta və gənc nəsli təmsil edən Əlirza Zihəqq, Əli Daşqın, Ruqiyyə Kəbiri, Eyvaz Taha, Aqşin Ağkəmərli, Səməd Niknam, Güntay Gəncalp, Vali Gözətən, Fəranək Fərid, Küyülü Səid Nəccari, Toğrul Atabay, Həmid Arğış və başqa yazıçıların yaradıcılığı da yer alıb.

Antologiyaya daxil edilən bədii nəsr nümunələri janr baxımından rəngarəngdir. Burada hekayə, miniatür, mənsur şeir, memuar, həmçinin romanlardan parçalar əksini tapıb. Kitabda ayrı-ayrı müəlliflərin fotosu və haqqında yığcam məlumat da yer alıb. Ədəbi əsərlərin seçimində mümkün qədər bədii və milli dəyər daşıyan nümunələrə üstünlük verilib.

Hazırda ingilis dilinə tərcümə edilən antologiyanın gələn il Amerikada nəşr olunması nəzərdə tutulur.

Tarix
2017.07.23 / 21:11
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla