Yuxarı

Talıbovun kitabla bağlı bu sərəncamla... - Ekspert

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyahıya daxil edilən kitablardan da görsənir ki, məqsəd heç də hansısa bir ideologiyanın, hansısa bir partiya və dərnək maraqlarının dəstəklənməsinə yönəlməyib.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Oxunması zəruri olan kitabların siyahısı”nı təsdiqləyən sərəncamını şərh edərkən qeyd edib. Ekspert bildirib ki, kitab oxumaq daxildən gələndə, mediadan və efirdən təşviq olunanda daha yaxşıdır:

“O ki qaldı təqdimatın formatına, yəni 1-ci şəxs tərəfindən sərəncamla bunun edilməsinə, əlbəttə, burda başqa variant bəlkə də daha uğurlu alınardı. Əgər yaxşı SMM mütəxəssislər olsaydı, yəqin ki, bu addımı cənab Talıbovun MR-in Təhsil Nazirliyinə və ya Mədəniyyət Nazirliyinə bu istiqamətdə bir tövsiyyələrin hazırlanması haqqında sərəncam olaraq da təqdim edə bilərdilər”.

Sərəncamın istənilən halda faydalı və gərəkli bir addım olduğunu söyləyən Osman Gündüz Naxçıvan Muxtar Respublikasının elektron hökumət quruculuğundakı problemlərdən də danışıb:

“Düşünürəm ki, Muxrar Respublikada vacib xidmətlərin elektron formaya keçirilməsi, ictimai-faydalı informasiyaların rəsmi saytlarda açıqlanması da vacib məqamlardandır. Təəssüf ki, burada e-gov portalı işləmir və portalın Feysbuk səhifəsi də 2014-cü ildən bəri yenilənmir. Bu cür dövlət xidmətlərinin, dövlət informasiya sistemlərinin, ictimai informasiyaların da siyahısının dərc olunmasını və tezliklə icra olunmasını arzulayırıq”.

Qeyd edək ki, iki gün öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Oxunması zəruri olan kitabların siyahısı”nı təsdiq edən sərəncam imzalayıb.

Tarix
2017.08.30 / 15:27
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla