Yuxarı

Elza mübahisəsi: ARB-çi Mintac Elsevərlə Ceyhun Musa...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni və bəstəkar Elza Seyidcahanın ARB TV-də “Xalqın şairi” adlı şeir müsabiqəsinin seçim turlarında münsif kimi iştirakı həm mətbuatda, həm də sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu.

Bu mövzuda yazan jurnalistlərdən biri də Jurnalist Ekspert Mərkəzinin sədri, tanınmış yazar Ceyhun Musaoğludur. Ceyhun bəyin köşə yazısından sonra münsiflər heyətinin başqa üzvləri olan istedadlı şairlər də danışdılar. Hətta “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs layihədən uzaqlaşmaq fikrində olduğu anonsunu verdi.

Mübahisə xarakteri alan mövzuya layihənin yayımlanacağı televiziyadan da münasibət bildirildi. Tanınmış televiziya jurnalisti, hazırda ARB TV-də çalışan və layihənin əməkdaşlarından biri Mintac Elsevər həmkarının “Elzaya imkan verməyək” adlı yazısına reaksiya verdi. Təbii ki, bu rəy cavabsız qalmadı. Xanım jurnalist ardınca növbəti arqumentini səsləndirdi və beləcə mübahisə mövzusu intellektual müzakirəyə çevrildi.

Əslində Azərbaycan cəmiyyətində insanlar arasında ciddi ünsiyyət problemi var, əsasən də bir mövzu ətrafında fərqli fikir yürüdənlər mübahisəyə üstünlük verirlər. Bəzən bu mübahisələr vulqar ifadələrlə müşayiət olunur.

Təbii ki, xoşagəlməz nüansdır və ona görə də Elza Seyidcahanın şeir yazanlara qiymət verəcək münsiflərdən olması ətrafında yaşanan fikir dartışmasında mövzunun sağında və solunda dayanan iki jurnalistin müzakirəsi əks fikrə sayğı baxımından bir nümunədir.

Kult.az Mintac Elsevərlə Ceyhun Musaoğlunun dialoqunu olduğu kimi təqdim edir:

Mintac Elsevər: Elza Seyidcahan musabiqəyə sadəcə bəstəkar kimi dəvət olunub! Bir də hələ efirə verilməyən, secim turları gedən bir musabiqə haqqında bu qədər aqressiv yanaşmanız cox tezdi. Dolayısı ilə hələ görmədiyiniz bir nəsnə barədə fikir yürütməniz nə qədər məntiqlidir? Qulu Ağsəsi illərdi tanıyan və yaradıcılığına vurğun biri kimi deyim ki, bu musabiqədə onun istirakı da elə məhz yaxşını secməyə hesablanıb. Tənqidlərə açığıq. Amma məncə, daha dəhşətli mövzular var...

Ceyhun Musaoğlu: Yazını oxuduğunuza görə minnətdaram. Sonuncu arqumentinizlə tam razıyam - daha dəhşətli mövzular var. Amma bütün dəhşətlər – yanğınlar kimi xırda qığılcımlardan yaranır. Müsabiqəyə bəstəkar kimi dəvət olunduğunu dediyiniz Elza xanımın özü açıqlamasında sözlərinizi təsdiqləmir. Elza xanımın səsləndirdiyi fikirlərdən sitatları təqdim edirəm: "Mən yazdıqlarımı anlayıram. Bilirəm nə yazıram. Mənim poeziyamı kimsə başa düşmürsə, onu qınamıram. Böyük Mayakovski deyib ki, poeziya bilinməzliyə yürüşdür. Mənim poeziyamı anlayanlar da var, sevənlər də var, anlamayanlar da, sevməyənlər də. Ora gənc şairlər gəlir deyir ki, biz Elza Seyidcahanın tərzində yazmışıq. Onun şeirlərindən ilhamlanırıq". Növbəti sitat: "Mən müsabiqədə digər münsiflərlə qarşı-qarşıya gəlirəm bəzən. Münsiflər kiməsə deyir ki, yazma. Mən də deyirəm ki, olmaz, qoyun yazsın. Şair olmasa da, qoy yazsın". Buyurun, şairlik iddiasında olan adamın fikirləridir. İkincisi, şeir müsabiqəsinə bəstəkar niyə qatılsın axı? Şairlər şeirləri seçsin və versin bəstəkara, o da bəstələsin. Daha münsif kimi nəyə fikir bilidrəcək? Şeir hara, bəstə hara. Hətta nəsrlə şeirin tamam ayrı nəsnələr olduğu halda, bəstəkarın şeirə, şairin bəstəyə qiymət verməsi nə qədər doğrudur?.. Mən Elzanı istedadsız xanım hesab etmirəm. "Bu son vida" mahnısı onun istedadının olduğunu açıq göstərir. Sadəcə şeir dünyasındakı mənəmliyini qəbul etmək olmur. Deyə bilərsiz ki, özü bilər. Tam razıyam, mən kimsəyə “bunu et, bunu etmə” qadağası ünvanlaya bilmərəm, bu, insan azadlığının təməl prinsiplərinə ziddir. Sadəcə, belə şeir müəlliflərinin şeir seçimlərində başa çıxarılmasında yanlışlıq var. Əslində bu mövzuda yazdığıma görə utanıram. Belə mövzulara enmək mənim üçün deyil, sadəcə şeiri müqəddəs ruhdan gələn möcüzə hesab etdiyimdən dözmədim. Bu, son olsun!. Sizə diqqətinizə və mövqeyinizə görə bir daha minnətdaram.

Mintac Elsevər: Jurnalist hec bir mövzuda yazmaqdan utanmamalıdır. Biz heç də asağıda deyilik ki, siz də ora enməyi özünuzə ar biləsiniz. Elza xanım ona görə dəvət olunub ki, sonda onun tərzinə uyğun ola biləcək bir neçə şeirə bəstə yazsın. Sizin də fikirlərinizə dərin bir hörmətlə yanaşıram. İş varsa, tənqid və müzakirə də olacaq. Sözün müqəddəsliyini mən də gözəl anlayıram. Amma siz bir də hövsələ edib, layihəmizin efir variantını gözləyin. Hətta buyurun gəlin, çəkiliş pavilyonumuza və elə oradaca açıq fikirlərinizi söyləyin. Amma yenə efirimizi gözləyin. Biz də sözə xidmət edirik. Təsəkkür edirəm ki, diqqət göstərib fikir bildirirsiniz. Bu "son vida"niz olmasin... Tələsməyək...

Ceyhun Musaoğlu: Sizin yaradıcılığınıza böyük hörmətim var. Oxucunuz, dinləyiciniz və tamaşaçınızam. Layihənin sizinlə bağlılığından xəbərim olmayıb. O mənada utanıram ki, bir xanım haqqında yazmışam, hətta adı da başlığa çıxıb - təbii saytların seçimidir. Hətta heç istəməzdim ki, başlıqda Elza xanımın adı qarşısında "xanım" təqdimatı olmasın. Başqa tərəfdən, cəmiyyətin şou aludəçiliyinə mübtəla olması bizləri ağrıdır. Qarşısına "xalq" sözü yazılan bir neçə şou verilişlər oldu ki, “palatka toyu” təsiri bağışladı. Əlbəttə, yeni dünyanın efir siyasətini də anlayıram, reklam şirkətlərinə tədim olunan reytinq cədvəllərindən də xəbərim var və bu reytinqi müəyyənləşdirən xarici şirkətin çıxardığı oyunlar barəsində oxumuşam, niyyətinin təmiz olmadığı qənaətindəyəm. Cəmiyyətdə mənəvi deqradasiya getdiyini, həm də sürətlə getdiyini çox maraqlı filmlər müəllifi kimi məndən daha yaxşı bilirsiz. Bax belə hadisələrdir məni Elza xanımın şeir müsabiqəsində münsif olmasına “yox” dedizdirən. Bir daha qeyd edirəm: çəkdiyiniz əziyyətə kölgə salmaq niyyətindən tam uzağaım - xarakterimə də ziddir. Həm də ARB mənə doğma kanaldır.

Mintac Elsevər: Təşəkkür edirəm, Ceyhun bəy. Biz maksimum çalışırıq ki, sizin də gözəl təsvir etdiyiniz şou dunyasına qarışmayaq. Maraqlı bir məqamsa budur ki, Elza xanım məhz bu layihədə tamamilə fərqli ampluadadı, hətta gözlənilməz dərəcədə. Kollektiv olaraq, inanırıq ki, sözün dəyərinə xələl gətirməyən bir layihə təqdim olunacaq.

Ceyhun Musaoğlu: Buna ancaq sevinərəm və bir jurnalist kimi təbliğatını apararam.

Mintac Elsevər: İnşaallah! Qələminə dəyər verdiyim həmkarımızın təbliğat mövzusu olmamıza mən də sevinərəm! Hamımıza uğurlar!

Tarix
2017.08.31 / 11:31
Müəllif
Samirə Heydərli
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla