Yuxarı

Millət vəkili Türkiyədə kitab sərgisində - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Türkiyədə Kırşəhər Kitab Fuarının açılışında çıxış edib.

Kult.az xəbər verir ki, Qənirə Paşayeva çıxışında türk dünyasının siyasətçilərinə, aydınlarına, yazar, şair, araşdırmaçı və jurnalistlərinə üz tutaraq, türklərin müxtəlif bölgələrdə yaşadığı ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb.

“Biz ilk növbədə bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Güc birlikdədir və birlikdə bizə olunan ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik”, - millət vəkili deyib.

Beynəlxalq Kitab Fuarının açılışına Azərbaycanı “Fəxri qonaq” kimi dəvət etdikləri üçün Kırşəhər bələdiyyəsi və valiliyinə təşəkkürünü bildirən Qənirə Paşayeva iştirakçılara Türkiyədə yeni çapdan çıxmış “Turan yolçusu” və “Eşq yolçusu” kitablarını hədiyyə edib.

Tarix
2017.09.25 / 11:07
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla