Yuxarı

Məktəbli qız tini dönən kimi...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə qız uşağı var, civzələrindən tez böyüyür, olqunlaşır, baxırsan, 14-ü təzə dolub, deyərsən, 25-26 yaşı var.

Nimfet (nimf).

Nimf yunan mifologiyasından gəlir. Mifologiyada qasırğanın, yağışın, küləyin, ildırımın qadın formasıdı.

Yəni yaxıb-yandıran, hikkəli, inadcıl.

Lolita da nimfet idi.

Altıncı mərtəbədə qalıram.

Yaşamıram, hələ ki, qalıram, görək nə olur.

Qəfil gördüm blokdan çıxan məktəbli qız tini dönən tək yubkasını iki barmaq qaldırdı – dizlərinin üstünə.

Sanasan, içimdən qatar keçdi.

Niyə?

Nə üçün?

Bəlkə bu qız nimfetdi?

İndi bu qızın kuklasına “gəl mama appa versin sənə” deyən yaşıdı. Niyə özünü göstərməyə çalışsın?

Problem nədi?

Pisniyyətli olmaq da bir şey deyil, tələsməyin.

Bir dəfə məktəbə şubayla gedən valideynə əsəbiləşmişdim. Mənə elə gəlirdi, o, hər səhər durub gözəllik salonuna gedir, sonra da şubasını geyinib yollanır uşağın dalınca.

Sonra anam dedi, onun şubasını göstərəcəyi başqa yeri yoxdu...

Səbirlə müzakirə edək.

Niyə adam özgələşir? Nədən başqaları üçün yaşamağa başlayır?

Birinci versiyanı dedim, yəqin, o deyil.

İnanmıram o qız nimfet ola. Yaxınlaşsan, söyəcək, çantasını vuracaq başına. Dirəşsən, “mən tanımadığım adamlarla tanış olmuram” da deyəcək.

Bəlkə də bizdə nimfet qızlar var, gəl, sürüdən qorxub maskalanıblar.

İkinci versiya o ki, ailədə problem var. Baş götürüb getmək üçün bir cəhddi.

Doğrudan. Elə ata var, qızına yük kimi baxır.

Həyatı vərdiş halında yaşayan adamlar var. Mütləq qızını ərə verməlidi. Bu, missiyadı. Ana var, deyir, mən sən boyda olanda sən vardın artıq.

Elə qızlar var, sırf ailədəki iyrənc basqının qurbanı olub. Tanımaza-bilməzə ərə gedib. Bədbəxtliyi iki dəfə artıb. Heç nə.

Bizdə çətindi.

Təhsil, kariyera... Nə danışırsan?

Onsuz da hər uğurlu qadının arxasında xeyli vedrə var.

Qadın olmadan ana olmaq...

Neçə vaxtdı bu sual narahat edir məni. Niyə bizimkilər ərə getmək üçün tələsirlər?

Qaldığım yerdə bir gəlinlik dükanı var. Universitet tələbələrinin necə ehtirasla şüşədən boylandıqlarını, gözləriylə gəlinliyi necə iştahla geydiklərini görürəm.

Qulaq versən, vağzalını da eşidərsən.

Keçən dəfə bir qız gəlinliyə baxa-baxa qeyri-ixtiyari bəyin qaşıqda uzatdığı tort diliminə dodaqlandı, inanın ki, diqqətlə baxdım, krem vardı dodaqlarında.

Həmişə demişəm, nikah kiminlə yatıb-durduğun haqqında rəsmi məlumatdı.

Hələ bunun molla kəbini var.

Toy xərclərini demirəm - bir dəfə demişəm.

Evlilik sevginin tabutudu.

Sevdiyi üçün evlənmir belələri, evləndikləri üçün sevirlər, onlara maraqlı prosesin özüdü, mahiyyəti yox.

Məsələn, küçələrdə əl-ələ yağışlandığın, şeirləşdiyin bəyin, evləndikdən sonra alt paltarı zivədə islanmasın deyə, qaçıb götürməkdi həqiqət.

Dostum deyir, həyat yoldaşım mənə deyirdi ki, qısqanmırsan məni, heç maraqlanmırsan mənimlə. Ayrıldıq.

Təfəkkürə bax!

Bunca kölə olmaq həvəsi nə eşitdim, nə gördüm.

Nə məcbur edir “ər çörəyi” aclığına?

Bunları niyə deyirəm? Sonra bir səfil qaldığı balkondan baxanda, belə əlüstü, tezbazar, qadın olmadan ana olanların qızlarını evdən çıxan kimi yubkasını iki barmaq qaldıranda görür...

Tarix
2017.09.29 / 08:15
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla