Yuxarı

Bu gün Nobel alan yazıçı kimdir?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi yapon əsilli Britaniya yazıçısı Kazuo İşiquro oldu.

Kult.az xəbər verir ki, o, Nobel mükafatına “Emosianal romanlarında dünya ilə aramızdakı illüzor hissiyyat altında yatmış dərinlikləri üzə çıxardığına görə” layiq görülüb.

K.İşiquro 8 noyabr 1954-cü ildə Yaponiyanın atom bombardmanına məruz qalmış Naqasaki şəhərində anadan olub. 1960-cı ildə onun ailəsi İngiltərəyə köçüb. İşuquro “Məni əsla tərk etmə”, “Uşaqlığımı axtaranda”, “Uzaq təpələr” romanları ilə yanaşı, qısa hekayə, dram əsərlərinin müəllifi kimi də tanınır.

O, Buker Mükafatının dörd nominasiyasında qalib olub. 1989-cu ildə isə “Qalan günlər” əsərinə görə yenidən Buker Mükafatına layiq görülüb.

“Taym” dərgisi 2008-ci ildə Kazuonu 1945-ci ildən 2008-ci ilə qədərki 50 ən yaxşı yazıçı arasında 32-ci yerə layiq görüb.

Müəllifin “Məni heç vaxt tərk etmə” romanı əsasında film də çəkilib.

Qeyd edək, bu gün laureat olaraq adı açıqlanan Kauzo İşiquroya Nobel medalı dekabrın 10-da Stokholmda təqdim ediləcək. Mükafatın məbləği 1,1 milyon dollardır.

Tarix
2017.10.05 / 16:04
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla