Yuxarı

Almaniyada Nizami irsinə böyük maraq - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Kult.az xəbər verir ki, bu haqda Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumatda Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində hər il olduğu kimi, bu il də Azərbaycanın təmsil olunduğu, sərgidə Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşrin alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərə təqdim edildiyi bildirilib.

Sərginin ilk günündə Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini, Türkiyənin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri nümayəndə heyəti ilə birgə Azərbaycan pavilyonunu ziyarət edib, həmçinin Azərbaycan nümayəndə heyəti bir sıra işgüzar görüşlər keçirib.

Sərginin növbəti günündə isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə milli pavilyonda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir baş tutub. Tədbirdə uzun illərdir Almaniyada yaşayan Nizami irsinin tədqiqatçısı Sevil Fuks "XVIII-XXI əsrlərdə alman dilli nizamişünasların elmi tədqiqatlarının nəticələri" mövzusunda çıxış edib. S.Fuks 15 il ərzində apardığı araşdırmalara əsaslanaraq Almaniyada hər zaman Nizami irsinə böyük maraq olduğunu və “Xəmsə”nin əcnəbi dillər arasında tam formada yalnız alman dilinə tərcümə edildiyini diqqətə çatdırıb.

Nizami qəzəllərinin alman dilinə tərcüməçisi Rozmari Kuper isə böyük şairin “Xəmsə”sinə daxil olan “Yeddi gözəl” poemasından çevirdiyi “Fitnə” hekayəsini almanca səsləndirib.

Tədbir çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru Cəmilə Həsənzadə Berlin Dövlət Kitabxanasındakı 21 ədəd "Xəmsə" poemalar toplusu, Drezden kitabxanasında olan “Kitabi Dədə Qorqud” dastanı və 1751-1817-ci illərdə yaşamış görkəmli alman diplomatı və elm xadimi Henrix Fridirx fon Ditsin kolleksiyasında qorunan qədim əlyazmalara çəkilmiş miniatür nümunələrinin tədqiqi ilə bağlı ingilis dilində çıxış edib.

Tarix
2017.10.14 / 17:34
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla