Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2018


Jirinovskinin müsəlman qadınları təhqirinə - Etiraz

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dumasının üzvü, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bu dəfə müsəlman qadınlarını təhqir edib. Deputat planetdə demoqrafiya və ərzaq problemləri barədə aparılan danışıqlar zamanı bunları deyib:

“Bütün dünya xalqlarına diqqət yetirsək, görərik ki, müsəlman qadınları hamıdan fərqlənir. Müsəlman qadınları çoxlu uşaq dünyaya gətirirlər. Bu planetdə artıq insanlar var. Əgər yumşaq desək, onlardan pis qoxular gəlir. Bu, müsəlman qadınlarıdır”.

Kult.az rusiyalı deputatın bu sözlərinə tanınmış yazarlarımızın münasibətini öyrənib:

Şair Əkbər Qoşalı: “Qadının qoxusu onun din mənsubiyyəti ilə müəyyənləşmir. Jirinovskaya soyadlı birindən nə iy gəldiyini, məsələn, ayı piyi qoxuyub-qoxumadığını isə adını çəkdiyiniz nəfər özü daha yaxşı bilər”.

Yazar Xalid Kazımlı: “Dünyada dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, pinti və təmizkar insanlar var. İt iyi verən fransız da var, alman da, rus da. Eyni zamanda gül iyi verən nepallı da var, təbrizli də, lionlu da. İy məsələsinin millətə dəxli yoxdur. Jirinovski həmişəki kimi, öz diletant və irqçi çıxışlarından birini edib. Bu adam psixopatdır. Psixopatın danışdıqlarını ciddiyə almaq olmaz”.

Şair Ramiz Qusarçaylı: “Jirinovski qeyri-ciddi adamdır, onun sözlərinin mənəvi qoxusu olmayıb, onun sözlərindən təlimatlı siyasət iyi gəlib həmişə. Qadın qoxusunu - müsəlmanından, rusundan asılı olmayaraq, Jirinovski kimi pərakəndə ağıl və qəddar könül sahibləri dəyərləndirə bilməzlər”.

Tarix
2017.11.01 / 08:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

Fazil Mustafanın “İslam qorxusu və müsəlman qoxusu”...

KQB agenti, şarlatan, bişərəf - Xəlil Rza

“Libraff” və EAS uşaqları əyləndirdi - Video

Qeydiyyatdan keçən əsərlərin sayı açıqlandı

Göndərdiyin acılar sürüşür qucağımdan...

“Artıq Tanrı yoxdur, televizor var...” - Eko

Trampı qorxuya salan kitab satışda: birinci oldu

Türkiyədə Sabir Rüstəmxanlının imza günü keçirildi - Foto

Fərhad Mehdiyevin kitabı təqdim olunacaq - Foto

Anardan təyinat: Vüsal Oğuza vəzifə verildi - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla