Yuxarı

Bir qızdır, adını bilmirəm... - Məhəmməd Çalğın

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:42

Tanınmış güneyli şair Məhəmməd Çalğın 1977-ci il martın 21-də Təbrizdə anadan olub. Şeirləri türkdilli ölkələrdə müntəzəm olaraq dərc olunur.

Kult.az Məhəmməd Çalğının yeni şeirlərini təqdim edir:

Yuxularıma yapışır

Ətrini yorğanıma səpir

Özünü paltarından çıxardıb üstümə atır

Uçuqladır dodaqlarımı

Bir qızdır, adını bilmirəm.

Ayna

Saat

əlli beş, otuz iki dəqiqə, on bir saniyə

O çırağı söndürün lütfən

İşıq barmaqlarını gözümə soxur.

Alnımın sağ tərəfinə baxıram...

Saçlarım sol tərəfdən tökülüb, deyəsən.

Sol ovurduma baxıram

Üzümün sağ tərəfi çökülüb, deyəsən.

Sağ əlimdə sigaram

Yənı,

Sol əlimdə

Barmağımı uzadıram sol gözümə

Yəni

sağ gözüm soxulur barmağıma

Mən, burdayam hələ

Evimin içində

Sağı sol görürəm

Aynada.

Yoxsulluq

Kişi,

Zibilxanalardan yığdığı əşyalarla evə döndükdə

Sən,

Onları ayırarsan

Necə ki, ayırır səni...

Təlislərə doldurarsan sonra

Necə ki, uşaqlarının ciblərinə doldurursan...

Sabaha yavanlıq da yoxdur, bilirsən

Satarsan onları

Necə ki, satır(sən)arxa küçələrdə...

Sonra bu şeirdə

boş yerlərə yaza bilərsən

Yoxsulluq.

Səndən gözəl

Hər gün

Birazca salam

Birazca necəsən

Birazdan...

Hələlik!

Bu mamilə uzun sürəcək, alça gözlüm!

Məni karıxdırma!

O qumaşın altında kölgələnən limonlar

Mənim ağzımı sulandırmadan

Necə quruya bilərlər?

Əynindəki köynəyini çıxartsan

Görərsən ki, səndəki gözəlliklər

səndən gözəldir

Söhbətin sonu

Bir mesaj yaz...

Tarix
2017.11.01 / 16:52
Müəllif
Faiq Balabəyli
Oxunub
9 831
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla