Yuxarı

“Dədə Qorqud”un itmiş əlyazması Yaponiyada - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın görkəmli yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Yaponiyada işıq üzü görüb.

Kult.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində nəşr edilən roman bu dəfə Yaponiyada nəşr olunub. Yaponiyanın nüfuzlu Suseyşa nəşriyyatında “Səbirsizliklə gözlənilən əsər” seriyasında nəşr edilən kitabın üz qabığında yapon dilində “Kitabi-Dədə Qorqud” dastanının itmiş əlyazması” sözləri əksini tapıb. Kitabda Kamal Abdulla haqda qısa məlumat da verilib.

Maraqlı tərtibatda oxuculara təqdim edilən romanı Yaponiyanın Vaseta Universitetinin professoru İto İçiro yapon dilinə çevirib.

Qeyd edək ki, roman müxtəlif illərdə Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, Amerika, Avstriya, Qazaxıstan, Gürcüstan, Misir, İtaliya və s. ölkələrdə çap olunub. Roman təkcə Azərbaycanda deyil, Rusiya, Türkiyə, Fransa və İtaliyada da təkrar çap edilib.

Dünyanın müxtəlif dillərində roman haqqında 100-dən çox rəy və resenziya yazılıb. Rusiyanın məşhur “İnostrannaya literatura” jurnalı ilk dəfə Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb. Rusiyalı tənqidçilər əsəri “postmodernizmin ən parlaq nümunəsi”, türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı “Azərbaycanın Borxesi” adlandırıblar.

Tanınmış rus yazarı Aleksandr Tkaçenko isə bildirib ki, “Folkner öz Yoknapatofunu, Markes öz Makondasını, Fazil İsgəndər öz Çegemini yaradan kimi, Kamal Abdulla da öz “Yarımçıq əlyazma”sını yaradıb”.

Tarix
2017.11.03 / 00:58
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla