Yuxarı

“Canilər, qatillər qəhrəman kimi təqdim edilir”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ həyatda bişib-bərkiməmiş gənclərin bir çoxu cinayət aləminin “qəhrəmanlarını” özlərinə ideal, kumir seçir, onların fanatına çevrilirlər. Söhbət qanuni oğrulardan gedir.

Kult.az xəbər verir ki, bu sözləri yazıçı Firuz Mustafa qeyd edib. O bildirib ki, son illərdə çox qorxulu bir mövzuya çox idillik, romantik, sürreal, modern, al-əlvan rənglər qataraq geniş kütləyə təqdim edirlər:

“İndi insan talelərinə “uf” demədən zərbə endirən canilər haqda filmlər çəkilir, kitablar çıxır, nəğmələr qoşulur. Təəssüf ki, öz milləti uğrunda canından keçən əsl qəhrəmanlar arxa planda qalır və cinayət aləminin “qəhrəmanları” ön plana keçir.

Artıq elə mənzərə yaranıb ki, pul və sərvət uğrunda gedən qanlı döyüşlər torpaq və namus uğrunda gedən savaşı üstələyib. Fiziki güc idrakın gücünə qalib gəlməkdədir, incə mənəviyyatı kobud çəkmələr tapdamaqdadır.

Təəssüf ki, cılız insanlar böyük insanlığa arxa çevirirlər, amma müqəddəs kitablarda deyildiyi kimi, “ümidsiz - şeytanlardır”. Və bu mənada ümid edirəm ki, elə bir zaman gələcək ki, bu dünyada bütün dəyərlər öz layiqli yerini alacaq".

Tarix
2017.11.07 / 23:54
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla