Yuxarı

Kərküklü şair: İraqda baş verən son hadisələr…

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samir Kahyaoğlu Kərkükdə yaşayan türkman şairidir. O, 1964-cü il aprelin 28-də türkman şəhəri olan Tuzxurmatunun Kiçik bazar məhəlləsində anadan olub. 1984-cü ildən ədəbi fəaliyyətlə məşğuldur.

Kult.az Samir Kahyaoğlu ilə müsahibəni təqdim edir:

- Samir bəy, əvvəlcə Kərkükdəki ədəbi mühitdən danışaq.

- Kərkük ədəbi mühiti parlaqdır. Bu mühit mühüm yollara azadlıq addımlarını atmaqdadır. İnsanlarımızın qələmləri duyğulu və faydalı mövzulardan yazır. Bir çox qəzet və dərgimiz türk dilində yayımlanır. Günlük, həftəlik və aylıq ədəbi səhifələrimiz çoxdur. Biz qəzet və dərgilərdə güney-quzey azərbaycanlı şairlərin əsərlərini yayımlamaqda geri qalmamışıq. İraq-türkman elində çıxan qəzetlərdə hər zaman Güney Azərbaycandan şair dostlarımın şeirlərini dərc etdirmişəm.

- İraqda baş verən son hadisələrin türk ədəbi mühitinə təsirini necə dəyərləndirə bilərsiniz?

- İraq-Türkman Ədəbiyyatı Birliyinin vəziyyətinə bu hadisələrin heç bir təsiri olmayıb, ancaq davamlı olaraq hər həftənin şənbə günləri toplaşıb fikir mübadiləsi aparırıq. Şairlərimiz Kərkük ədəbi mühitində türkmanlar haqqında şeirlər, bəstələr yazıb və festivalların təşkil olunmasına kömək ediblər. Biz də türk bayrağı altında öz torpağımız üçün, dilimiz üçün çalışırıq.

- İraqda yaşayan türklərin arasında ana dilinə münasibət nə yerdədir?

- İraq türklərinin ana dilinin vəziyyəti çox yaxşıdır, türkcə yazıb, türkcə danışırıq. Türk folklorumuzu və lüğət qaynaqlarımızı inkişaf etdirmişik. Həmişə toplumlar arasında fəaliyyətlərimiz görünür. Uşaqlarımız birinci sinifdən beşinci sinifə qədər ərəb kitabları ilə yanaşı türk kitablarını da oxuyurlar. İndi uşaqlar türk dilində məndən yaxşı danışırlar. Türk dilində, məncə, hər yüz ildə bir ensiklopediya meydana çıxır. Yeni deyimlər, çağdaş lüğətlər yaranır və bu, ədəbiyyat xəzinəmizi, dilimizi yaşadır.

- Sizcə, şair zamanı dəyişir, ya zaman şairi?

- Məncə, şair zamanı dəyişə bilməz, amma zaman şairi dəyişir. Şair gərək fəlsəfə oxusun ki, ictimai mövzulardan yaza bilsin. Çünki əslində şeir elə fəlsəfədir. Şair savadlı olmalıdır, lüğətdən istifadə edib qərb şairlərinin əsərlərini oxumalı, yaxud da tərcümə edib fikrini, düşüncəsini təkmilləşdirməlidir.

Görkəmli ərəb şairi Əlmətənbi filosof Aristoteldən ibrət, bəlağət, məntiq öyrənib və bunların hamısını şeirlərində cəmləşdirib. Onun şeirlərində Aristotelin nəfəsi var və ondan ilham aldığı görünür. Demək ki, o, Aristotelin şeirlərini tərcümə edib.

Bəzən biri deyir ki, niyə mən başqa millətin əsərlərini oxuyuram, amma onlar bizim əsərlərimizi oxumurlar?! Ona cavabım budur: “Öz yazdığını neçə dəfə oxumusan? Hər dəfə də bir dəyişiklik gəlir ağlına, şeirini on dəfə tənqid etməlisən, əfəndim. Sən hansı kitabı ilk səhifəsindən son səhifəsinə qədər diqqətlə oxudun? Sən neçə kitab oxumusan? Bunu gərək göz önünə qoyasan. Sən dilini necə zənginləşdirirsən, bilirsən?”

Dili bilmək üçün dil folklorumuzu, əsərlərimizi və dahi şəxsiyyətlərimizi, ədəbiyyatçıların keçmiş zamanlarda yazdıqlarını bir daha oxumaq lazımdır. Biz gələcək nəsillərə yol açmalı, şeir öyrətməli və fəlsəfəni izah etməliyik.

Tarix
2017.11.22 / 08:30
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla