Yuxarı

Deputat Türkiyədə şeirlərini oxudu

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən “24-cü Beynəlxalq Xəzər Şeir Axşamları”na qatılıb.

Kult.az xəbər verir ki, tədbirdə Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, türk dünyasının müxtəlif bölgələrindən gələn tanınmış şair, yazar, aydın və ictimai fəallar iştirak edib.

Millət vəkili türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışıb:

“Güc birlikdədir və birlikdə ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik. Bölgədə son günlər vəziyyət daha da gərginləşib. Qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. Azərbaycan xalqı hər zaman qardaş Türkiyənin, digər türk dövlət və toplumlarının yanındadır. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim vətənizmidir. İnanıram ki, gənclərimiz məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bu məsələdə aydın, şair, yazar və jurnalistləridə üzərinə çox böyük missiya düşür”.

Q.Paşayeva vurğulayıb ki, Dağlıq Qarabağın Ermənistanın işğalından azad ediləcəyi gün uzaqda deyil:

“Suriyada Bayırbucaq, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.

Q.Paşayeva tədbirdə Kərkükə həsr etdiyi şeirini, eyni zamanda, müəllifi olduğu “Böyük Azərbaycanım” və “Türkiyəm” şeirini səsləndirib.

Tarix
2017.11.28 / 11:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla