Yuxarı

Aysel Əlizadənin şeirlər kitabı ingiliscə - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mütərcim” nəşriyyat evi “Müasir Azərbaycan şeiri” seriyasından növbəti kitabı ingilis dilində çap edib.

Kult.az xəbər verir ki, bu dəfə tanınmış şair və yazıçı Aysel Əlizadənin “Qadın” (“The Woman”) adlı şeirlər toplusu işıq üzü görüb. Layihənin formatına uyğun olaraq kitaba şairin 21 şeiri daxil edilib. Şeirləri ingilis dilinə layihənin müəllifi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-tərcüməçi Kamran Nəzirli çevirib.

Kitabın “Ön söz”ündə tərcüməçi Aysel Əlizadənin yaradıcılığı və kitaba daxil etdiyi şeirləri barədə əcnəbi oxuculara geniş məlumat verib. Qeyd edib ki, təqdim olunan şeir mətnləri Azərbaycanın müasir qadın şairlərinin istedadlı nümayəndələrindən biri Aysel Əlizadəyə məxsusdur: “Ayselin şeirləri yenidir, sərbəst vəzndədir, obrazlı və süjetlidir. Burada əsas mövzu qadın və onun sevgisidir. Kitaba daxil edilmiş “Məndən sonrakı qadın”, “Anna Axmatovaya”, “Həyat”, “Qadın”, “Mən türk qızıyam, sonra qadınam”, “İtmiş adam”, “Vətən”, “Uşaqlığımın fotosu”, “Əşrəf Fəyyadın harayı”, “Nənəmdən sonra yazılan şeir” və digər şeirlər müasir şeir texnikası, forması, məzmunu və fəlsəfəsi baxımından maraq doğurur”.

Nəşriyyat evinin direktoru Əliş Ağamirzəyev bildirib ki, sürətli internet əsrində bu formatda kiçik həcmli kitabçaların nəşri daha əlverişlidir. “Xaricdə belə kitabların nəşri, demək olar ki, çox çətin və baha başa gəlir. Xarici nəşriyyatlar bizim müəlliflərə və onların yaradıcılığına çox az maraq göstərirlər, maliyyə vəsaitindən savayı Azərbaycan müəllifinin ingilis dilində kitabını xaricdə nəşr etdirmək üçün uzun və mürəkkəb prosedurlar tələb olunur. Bu və ya digər səbəblərə görə biz şair və yazıçılarımızın kitablarını özümüz çap etməli və yaymalıyıq. Belə kitabları ölkəmizə tez-tez gəlib-gedən əcnəbi vətəndaşlar da ala biləcəklər. Bu da müstəqil Azərbaycanın müasir ədəbiyyatı, xalqımızın bədii məfkurə adamlarının yaradıcılığı ilə daha geniş oxucu kütləsinin tanış ola bilmək imkanı deməkdir”, - deyə nəşriyyat direktoru qeyd edib.

Tarix
2017.12.22 / 18:48
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla