Yuxarı

Anardan təyinat: Vüsal Oğuza vəzifə verildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair, yazıçı Vüsal Oğuz Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsinin sədri təyin olunub.

Bu barədə Kult.az-a şair özü məlumat verib. O, yeni vəzifəsindən və sədr kimi görəcəyi işlərdən daşınıb:

“Əmr imzalanandan bir-iki gün sonra mənə xəbər verildi, lakin məlumatı indi açıqladım. Fəaliyyətimə ilkin olaraq 3 rayondakı (Oğuz, Qəbələ və İsmayıllı) şair və yazarlarla, qələm sahiblərilə əlaqə yaratmaqla başlayacağam. Onlarla görüşlər təşkil edərək, istedadlı qələm sahiblərini Bakı və respublika mühitində tanıtmağa, gələcəkdə daha istedadlılarının AYB-yə üzv qəbul edilməsinə nail olmağa çalışacağam. Həmçinin ilin ilk rübündə bölgə yazarlarının ilk almanaxını tərtib edəcəyəm. Rayon yazarlarının müxtəlif tanınmış şair və yazarlar ilə görüşlərini təşkil etmək, həmçinin gənc yazarlara dəstək üçün onların bölgə oxucuları ilə görüşlərini, təqdimat və imza günlərini keçirmək də planlarıma daxildir”.

Qeyd edək ki, AYB-nin Oğuz bölməsi yeni yaradılıb. Sözügedən 3 rayon daha əvvəl Şəki bölməsinə daxil idi.

Tarix
2018.01.05 / 12:49
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla