Yuxarı

Göndərdiyin acılar sürüşür qucağımdan...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az şair Faiq Balabəylinin “İlahi, dost demişəm sənə” şeirini təqdim edir:

İlahi, dost demişəm,

dost demişəm mən sənə

əlini uzat, yapış nə olar tut, əlimdən

ətəyindən tutmuşam, ya dur kəs ətəyini

ya da qoy qanı damsın ətəyinə, əlimdən.

İlahi, sən verdiyin boyum, buxunum bu cür

uzağım çox uzağdı, yaxınım da ki,... bu cür

bax, elə “bu cürələr” məni içdən çürüdür,

başqa nə bacarırsan, de nə gəlir əlindən...

İlahi, bu dağı ki sən çəkmisən sinəyə

yamacı kol-kos olar, həsrət qalar çiçəyə

tut e əlimdən mənim, qaldır gəlim köməyə

qulaqların tutulsun ahımdan, sitəmimdən...

İlahi, mən bilirəm...

sən də yaxşı bilirsən

verdiyin əzablara dodaq qaçırıb gülsəm,

əlimin arxasıyla gözümün yaşın silsəm,

daha nələr yazacaq alnıma qələmindən.

İlahi, gəl əfv elə, bu dəfə keç suçumdan

Göndərdiyin acılar sürüşür qucağımdan

amma yerə toxunmur, - ayağımdan, qıçımdan

yapışıblar, necə ki tutmuşam ətəyindən...

Tarix
2018.01.13 / 01:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla