Yuxarı

Bu yazışmalar ilk dəfə nəşr olundu - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında” kitabının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, 1919-1920-ci illəri əhatə edən kitab Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön sözü və elmi redaktorluğu ilə nəşr olunub. Kitab prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd edilməsinə dair sərəncamına əsasən hazırlanıb. Topluda yer alan 98 sənəd ilk dəfə elmi ictimaiyyətə təqdim olunur.

Akademik İsa Həbibbəyli deyir ki, Azərbaycan elmi üçün yenilik olan kitabda çox zəngin arxiv materialları toplanıb. Yazılı sənədlər əsasında ictimaiyyətə ilk dəfə məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyətinin adının əvvəlcə Oğuzustan olması təklif olunub. Kitabda Cümhuriyyətin liderlərinin fəaliyyəti ilə bağlı yeni sənədlər də dərc edilib. Bu da həmin dövrlə bağlı liderlərin fəaliyyətinin yenidən qiymətləndirilməsinə imkan verəcək. Kitabda Azərbaycan-İran münasibətlərinə dair maraqlı faktlar yer alıb.

İlk dəfə olaraq ana dilimizdə nəşr olunan diplomatik yazışmalar toplusu İranla Azərbaycan Xalq Cümhuriyyətinin siyasi əlaqələrinə dair mühüm tarixi mənbə hesab olunur. Topluda həmin dövrdə Bakıda xüsusi diplomatik tapşırıq əsasında fəaliyyət göstərmiş İran nümayəndə heyətinin öz ölkəsinin rəhbərliyinə ünvanladığı məktublar, hesabat və analitik təhlillər də yerləşdirilib.

Kitab təkcə Azərbaycan Demokratik Respublikası-İran münasibətlərinin deyil, o dövrdə Qafqaz bölgəsində cərəyan edən siyasi proseslərin tədqiqi baxımından da ciddi əhəmiyyətə malikdir.

Tarix
2018.01.26 / 01:14
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla