Yuxarı

Akademikin qatilinin atası nə yazmışdı?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənab Prezident Heydər Əliyev Gülhanə xəstəxanasından qayıdanda Mən Abşeronun sabid (keçmiş) İcra başçısı Adil Nağıyev və 5 min Abşeron sakinləri qarşılamışdıq. O anı Prezidentin ayqları qarşısında düz əlli ədət erkəy toxlu qurban kəsildi".

Bu mətnin müəllifi hansısa Ömər, ya Xəyyam yox, Ziya Bünyadovun qətl hadisəsində günahlandırılaraq ömürlük həbs cəzası almış Nizami Nağıyevin atası, Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı Adil Nağıyevdir.

İcra başçısı... Sabiq...

***

Yazı təfəkkürün şəklidir.

Dil düşüncəni formalaşdırır, yoxsa düşüncə dili? Var bədən dili, musiqi dili, film dili, bir də var düşüncə dili. Bədən dili ilə ancaq göstərmək olursa, düşüncə dilində yazmaq da olur, danışmaq da.

Gəlin sabiq icra başçısının düşüncə dilinə nəzər salaq.

İki cür təfəkkür var. Biri qəliblənmiş təfəkkürdür. Yəni vərdiş halında düşünmək. Yəni qeyri-fərdi və qeyri-təbii. Bu, eqonun komfort istəyidir. Beyin özünü işə vermir, əvvəldən hazırlanmış, qəliblənmiş təfəkkürdən istifadə edir. Fikir verin, cənab sabiq “Cənab Prezident”, “Heydər Əliyev” sözlərində bircə səhv də etməyib, böyük hərflə yazmağı da unutmayıb. Amma iki cümləlik məzmunsuzluqdakı şablon olmayan sözlərdə xeyli hərf səhvi etmiş, dil qaydalarını pozmuş.

Çünki cənab sabiqin təfəkkürü şablondur, beyin əllərini başının altına qoymuş, ayaqlarını uzatmış, dincəlir.

Bu dildə qurban kəsən adamın oğlu, əlbət, dönüb Gəncəvi Nizami olmaz, qatil Nizami olar.

Bu dildə qurban kəsən adam, bu dildə qurban olar.

Bu dildə kəsilən qurban qəbul deyil, ey dust.

Bu, Heydər Əliyevin bildiyi, danışdığı, qoruduğu və düşündüyü dil deyil.

Bu, qul dilidir, anı bir Adil bilir ancaq. Qəlibdən, şablondan çıxdımı, çaşacaq, təfəkkürünün alçaqlığından yıxılacaq kiminsə ayaqlarının “qarşısına” və qalan ömrünü də yediyi hərflərin boşluğunda sürüm-sürüm, zülüm-zülüm yaşlanacaq.

Bunca savadsız olduğunu görə, onun özünün, övladının Ziya Bünyadov kimi görkəmli alimi tanımağı şübhəlidir. Nizaminin belə bir qətl törətməsi təsadüfi deyil. Hətta məntiqlidir.

Demişdim axı, valideyn övladını nə cür, hansı metodla cəzalandırsa, uşaq da kuklasını elə haman cür tənbeh edər.

Hər şey ilahi ədalətin nəzarətindədir: mahiyyət etibarilə heç nə dəyişmədi: sadəcə bu dəfə oğul birbaşa atanı tənbehlədi.

Cənab sabiqin müsahibəsini oxudum, upuzun söhbətdə bir dənə də olsun, tutarlı, ciddi, özünəxas məqam yoxdur. Başdan-başa şablon, başdan-başa qəlib sözlər.

Bu dildə yaltaqlanmaqmı olar? Bəlkə də yaltaqlığın dili elə budur: “...ayqları qarşısında düz əlli ədət erkəy toxlu...”

Erkəy toxlu...

Şablonların duasındakı hərf səhvi qrammatik pozuntu deyil, təfəkkürün ifadəsidir, əzizlərim.

Bəlkə də rəhmətlik Heydər Əliyev sağ olsaydı, cənab sabiqi “bu dilinə görə” həbs etdirərdi.

Elə bu cür başçılar, deputatlar, şablonlar yıxdı evimizi.

Mən əvvəl işlədiyim bir dövlət qurumunda hər gün xırda məmurların tənbehinə, danlağına tuş gəlirdim: Bəs, Müəllim səni belə görməsin, bu nə saqqaldı, bu nə geyim-filan.

Bir gün Müəllimlə görüşdük, saçıma-saqqalıma bir kəlmə də demədi, əksinə, dedi ki, saqqalının rəngi çox alidir, mübarəkdir. İşində uğur olsun.

Bu balaca adamlar, qəpik adamlar qoydu pis günə bizi.

Maşallah, bütün dəlmə-deşikləri tutublar, girməyə yer də yoxdu.

Fikir verin, son zamanlar nə qədər “quşlama” faktı qeydə alınır. Nədən ki, bilgi yoxdu, cahildi adam. Özünü tanımayan bir adam İcraya başçımı olar?

Tarix
2018.01.30 / 14:34
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla