Yuxarı

Hüseyn Cavid Belarusda anıldı - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda Azərbaycanın böyük ədibi Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilmiş xatirə tədbiri keçirilib.

Azərbaycan Dillər Universitetindən Kulta.z-a verilən məlumata görə, ADU-nun və Belarusdakə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə baş tutan mərasimdə akademik Kamal Abdulla başda olmaqla Çin, Türkiyə, Türkmənistan və Tacikistanın Belarusdakı səfirləri, Belarusun ölkəmizdə səfiri olmuş və Azərbaycanın dostu kimi tanınan Nikolay Paskeviç, Belarus Yazıçılar İttifaqının sədri Nikolay Çerqinets, Minsk Dövlət Linqvistik Universitetinin rektoru, universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzi yaratmaq arzusunda olan professor Natalya Baranova, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Mərasim Prezident İlham Əliyevin böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq təşkil edilib.

Tədbirdə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Hüseyn Cavidin yaradıcılığı haqqında danışıb.

ADU-nun rektoru K.Abdulla bu gün Azərbaycanda Hüseyn Cavid irsinə böyük ehtiramla yanaşıldığını, Cavidin təbliğatçısı olduğu multikulturalizm ideyalarının xalqımızın həyat tərzinə çevrildiyini diqqətə çatdırıb. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırıldığını deyən akademik bu sahədə mərhum prezident Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb, Prezident İlham Əliyevin bu xətti əzmlə həyata keçirdiyini, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu qeyd edib.

Daha sonra minskli tələbələr belarus və rus dillərində Hüseyn Cavidin şeirlərini səsləndirib, əsərlərindən parçalar oxuyublar. Belarus sənətkarlarının ifasında səslənən Azərbaycan musiqisi nömrələri də tamaşaçıların alqışları ilə qarşılanıb.

Tarix
2018.02.03 / 16:59
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla