Yuxarı

Qorxa-qorxa Səməd Vurğuna baxdım, mənə dedi ki...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın böyük şairi, dramaturqu Əliağa Kürçaylının 90 yaşı tamam olur.

Kult.az xatırladır ki, o, 1928-ci il fevralın 20-də Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyaraq, Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb.

Kürçaylı hələ gənc yaşlarından diqqət çəkməyi bacarıb. O dövrdə Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərdi: “Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik”.

Rayon partiya komitəsinin katibinə göndərilən bu məktub Əliağa Kürçaylının həyat və sənət yolunu qəti müəyyənləşdirdi. Sonralar Əliağa Kürçaylı xatirələrində yazırdı:

“Səməd Vurğun gənc yazıçılara söz verdi. Ayağım dolaşa-dolaşa xitabət kürsüsünə tərəf getdim. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır, ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram.

- Danışım, ya şeir oxuyum?

- Şeir oxu, natiqimiz onsuz da az deyil.

“İlk bahar çiçəyi” adlı şeirimi oxudum:

Yadımdadır, güllələr şığıyıb keçən zaman
Səni qanlı otların üzərindən dərdiyim.
O incə tellərini mərmilər deşən zaman
Xatirə dəftərimin arasına sərdiyim...

Səməd Vurğun “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram”, - dedi.

Əliağa Kürçaylı “Azərbaycan gəncləri” qəzeti redaksiyasında şöbə müdiri, “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor vəzifələrində işləyib. Bir müddət Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik edib.

Əliağa Kürçaylı “Arifin bağçası”, “Salam, keçmiş günlərim”, “Nargindən əsən külək”, “Qəlbin sıxılsa əgər...”, “Durnalar cənuba uçur” və başqa kitabların müəllifidir.

O həmçinin tərcüməçi kimi də mühüm işlər görüb. Görkəmli rus şairi Sergey Yeseninin əksər əsərlərini məhz Ə.Kürçaylının tərcüməsindən oxumuşuq.

Qeyd edək ki, Əliağa Kürçaylı 1980-ci il fevralın 11-də vəfat edib.

Tarix
2018.02.20 / 16:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla