Yuxarı

İran hakimiyyəti bizə yalan söylədiyini bilir – Güneyli yazar

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az güneyli yazar İbrahim Rəşidi ilə 21 fevral – Beynəlxalq Ana Dili günü ilə bağlı müsahibəni təqdim edir:

- Hazırda Güneydə Ana dilinin vəziyyəti nə yerdədir? İnsanlar bu dildə təhsil ala bilmədiklərinə görə ana dili getdikcə sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qalıbmı? 20 il əvvəllə indiki dövrü müzakirə edəndə insanların ana dilindən istifadəsində hansısa yeniliklər varmı?

- Bizdə dil yalnız danışıq dilidir və yazılı dil yox səviyyəsindədir. İran türklərinin təxminən yarısı səhər tezdən axşama qədər farscadan başqa bir dildə bircə cümlə belə işlətməyə ehtiyac duymur. Digər yarısı isə ailə və dostluq mühitində Azərbaycan türkcəsində danışsa da, iş yerlərində və satış mərkəzlərində farsca danışır. Bir dil ki, yazı dilinə çevrilməyib, mədəniyyət və düşüncə dili olmaq imkanını itirib, hər zaman sıradan çıxmaq ehtimalı var. Danışıq dili yeni sözlər yarada bilməz və yeni sözlərdən yoxsul olan bir dil texnika və elm sahəsinə girə bilməz. Amma keçən 20 ildə bir sıra irəliləyişlər nəticəsində Güney Azərbaycana uğurlu qapılar açılıb. Belə ki, Azərbaycan və Türkiyə televiziya, radio və xəbər saytlarının fəaliyyəti buradakı türkcəni müasir dünya tələblərinə cavab verə bilən bir dil qədər yükəslədib. Bu yüksəliş türkcə danışan insanların müasir dünya cəmiyyətinə qaynayıb-qarışmasında böyük rol oynayır və insanlara qürur və güvən hissi bağışlayır.

- Ana dilinin bu cür qeyri-işlək olması dilimizə hansısa təhdid yaradırmı?

- Azərbaycan türkcəsinin Güney Azərbaycan və bütünlüklə İranda yaşayan Azərbaycan türkləri tərəfindən unudulma qorxusu yoxdur. Çünki bu dil bu gün bölgə miqyasında mədəniyyət və elm sahələrinin inkişaf dillərindən biri olaraq özünü xalqa göstərməkdədir. İqtisatçılar və akademiklər bu dilə çox ehtiyac duyur. Azərbaycan türkcəsini daha da gücləndirmək üçün müasir insana lazım olan hər bir sözün çox yumşaq və sadə formada olması lazımdır. İnsan ehtiyac duyduğu sözlərin hər vaxt axtarışındadır və bu sözləri elə öz dilində tapsa, çox gözəl olar.

- Ümumiyyətlə, dünyada yaşayan azərbaycanlıların vahid Azərbaycan dili əlifbasından, qramatikasından istifadəsi sahəsində nə etmək olar?

- Ümümiyyətlə, xalqın hər üzvünün dilə baxışı fəlsəfi, ədəbi və yaxud da milli bir baxış deyil. Onlar dilə yaşayışlarına təsir edən amillərin həlli yolu kimi baxırlar. Onlar boş vaxtlarını Azərbaycan türkcəsində və bu əlifbada onlara maraqlı olan xəbərlər oxumaqla keçirtməyə meyillidirlər. Əgər onlara maraqlı olan xəbəri bu formada tapa bilmirlərsə, başqa dillərdə axtarıb tapacaq. Necə ki, bu gün Güney Azərbaycana aid xəbərlər şimal saytlarında olmadığından insanlar məcburi olaraq fars saytlarına yönəlirlər. Xəbər Azərbaycan türkcəsində olarsa, xəbəri axtaran insan xəbərlə birgə dili də kəşf etmiş olacaq.

- İran hökumətinin Güney Azərbaycanda ana dili ilə bağlı vədlərindən hansına əməl etdi?

- İranda hakimiyyətə hər dəfə biri gəlir və vədlər verib gedir. Vəd verdikləri anlar özləri də yalan söylədiklərini bilir, xalq da bunu anlayır və bu da hökumət-millət arası uçurumu get-gedə dərinləşdirir.

- Güneydə ana dilində təhsilin təmin olunacağını gözləyirsinizmi? Hansı proseslərdən sonra bu mümkün ola bilər?

- Hələlik dövlət tərəfindən bu dildə təhsilə imkan verməklə bağlı bir plan görünmür. Amma belə gedərsə, Güney Azərbaycan xalqında yaranmış milli oyanış onları bu işə vadar edəcək. Bu iş öz sərəncamına çatmazsa, hər iki tərəf ziyana uğrayacaq.

Tarix
2018.02.23 / 00:58
Müəllif
Elşad
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla