Yuxarı

Azərbaycandan yardımlar daşıyan şair – Millət vəkili

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva İstanbulda Türk Ocaqlarının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və bütün türk dünyasının böyük aydını, istiqlal şairi Əhməd Cavadla bağlı geniş məruzə ilə çıxış edib.

Kult.az xəbər verir ki, millət vəkili Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Cümhuriyyətinin qurulması və qardaş Türkiyə üçün göstərdiyi xidmətlərdən və böyük acılarla bitən ömür yolundan danışıb.

“20-ci əsrin əvvəllərində, Qars bölgəsi də daxil olmaqla, Anadoluda insanlarımız Sarıqamış faciəsini yaşayanda Əhməd Cavad Azərbaycandan yardımların toplanılıb buralarda yaşayan insanlarımıza çatdırılması, millətimizin səsinin daha geniş duyulması üçün çalışırdı. Yetim qalan qız uşaqlarını normal ailələrə verilməsində iştirak edərək, “bu qızlar bizim namusumuzdur, onları öz övladlarınızdan ayırmadan böyüdün və yetişdirin” deyirdi. 20-ci əsrin əvvələrində Türkiyə üçün, Azərbaycanın müstəqilliyi üçün bəzən silaha, bəzən qələmə sarılırdı. Türk millətinin acıları onun acıları idi və o, gecə-gündüz milləti üçün çalışırdı. I Dünya müharibəsində Şərq cəbhəsindəki məğlubiyyət üzündən Rusiya imperiyası və silahlandırdığı erməni terror şəbəkəsi Qars da daxil olmaqla buraları işğal edəndə, zülmlər törədəndə Əhməd Cavad Novruz bayramı zamanı yazdığı şeirində “orda insanlarımız belə acı çəkirsə, bizim bayram keçirməyə haqqımız yoxdur” deyirdi və o acını, ağrını şeirində əks etdirirdi”, - o deyib.

Q.Paşayeva bildirib ki, Əhməd Cavadın bu gün dillərdən düşməyən “Çırpınırdı Qara dəniz” şeiri də daxil olmaqla, bütün şeirlərində, yazılarında millət uğrunda mübarizə ruhu duyulurdu.

Millət vəkili həmçinin son günlər bölgədə daha da gərginləşən vəziyyət barədə də danışıb və Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusilə vurğulayıb.

O, çıxışında İstanbul Böyükşəhər bələdiyyəsinə çağırış edərək orada Əhməd Cavadın adını daşıyan küçə və ya parkın olmasını təklif edib.

Tarix
2018.03.10 / 16:54
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla