Yuxarı

Səbuhi Rəhimli 40-cı qapını açdı: İlk monoteist din

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədqiqatçı-jurnalist, astroloq Səbuhi Rəhimlinin yeni kitabı işıq üzü görüb.

Bu barədə Kult.az-a açıqlama verən S.Rəhimli bildirib ki, “Avesta gerçəyi” adlanan kitabda əsasən xalqımızın qədim mərasim və bayramlarından söhbət açılır. Müəllifin sayca 40-cı kitabı olan bu tədqiqat əsərində bir çox mübahisəli məsələlərə aydınlıq gətirilib.

S.Rəhimli bildirib ki, Novruzla bağlı əsrlərdən günümüzə qədər davam edən mübahisələr mövcuddur:

“Bu sahə ilə məşğul olan onlarla alim var, lakin onların tədqiqatları hansısa elmi, dini mənbəyə söykənmir, daha çox fərdi yozum xarakteri daşıyır. O alimlərin heç biri novruzqabağı mərasimlərin niyə məhz çərşənbə günü keçirilməsini bilmir. Çərşənbələrin yaranma kökünü bilməyənlər, Avestada səhih və elmi izahlarla verilən mətnləri oxumayanlar bu gün çərşənbələrin hansı ardıcıllıqla gəldiyini söyləməkdə çətinlik çəkirlər. Bu kitabı yazmaqda məqsədim məhz bu tərəddüd və mübahisələrə birdəfəlik son qoymaq olub”.

Səbuhi Rəhimli əlavə edib ki, kitabda min illər öncə keçirilən digər qədim bayramlarımızdan, müxtəlif mərasimlərdən, zərdüştlükdə keçirilən orucluqlardan, həmçinin ilk monoteist dinin yaradıcısı olan Zərdüşt peyğəmbərdən olduqca geniş məlumatlar var.

“Avesta gerçəyi” kitabının təqdimatı martın 17-də saat 14:00-16:00 radələrində “Akademkitab” kitab evində keçiriləcək.

Tarix
2018.03.15 / 19:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla