Yuxarı

Bir ailəni faciədən xilas edən it – Sadiq dost

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az “Milli uşaq ədəbiyyatı” layihəsində 132-134 nömrəli Təhsil Kompleksinin 6a sinif şagirdi Oğuz Qocatürkün “Sadiq dost” hekayəsini təqdim edir.

Çingizin Reks adlı bir iti var idi. Çox sadiq idi. Heç deməzdin ki, heyvandır. Çingizin qayğısı iti ona bir qədər də bağlamışdı. Bu səbəbdən də o, dostunu həmişə qoruyurdu. Hara getsə yanı ilə gedirdi. Başını ayaqlarına sürtüb əzizləyirdi. Onların dostluğundan bütün uşaqlar, qonşular danışırdı. Çingizin əzizləyib oyunlar oynadığı, qayğısına qaldığı iti sanki dil bilirdi. Dostunun qayğısından xoşhal olurdu. Baxışları ilə ona minnətdarlığını bildirir, quyruğunu bulayırdı. Çingiz itini gözündən qoymazdı. Gecələr onu evdə yatırdır, ona aid yeməklər yedirər, su verərdi.

Günlərin bir günü Çingiz xəstələndi. Çingizin günlərlə çəkən xəstəliyi sadiq dostunu da üzürdü. O yemək yemir, sevinmirdi. Bir küncə qısılıb kədərli baxışları ilə dostunu seyr edirdi. Tez-tez yatağına yaxınlaşıb çarpayısına üzünü sürtür, özünəməxsus səslə sanki tez sağalmasını arzulayırdı. Gecələr yuxusuz qalırdı. Oyanıb dostuna baxırdı. Bilirdi ki, dostu çox xəstədir. Çingizin ailəsi, ata-anası iti onun yanına buraxmaq istəmirdi. Düşünürdülər ki, xəstəlik itdən keçib. Amma it yenə də Çingizin yanına gəlir, üzünü onun çarpayısına sürtürdü.

Uzun sürən müalicədən sonra Çingiz sağalıb ayağa qalxdı. Bu günlər ərzində itin Çingizə olan sevgisi ailəsini heyrətləndirmişdi. Hər gün oynayan, yeməyini yeyən Reks Çingizin xəstə olduğu günlərdə yeməkdən kəsildi. Sükuta qərq oldu. Arıqladı.

Çingizin sağalması, yataqdan qalxması Reksin üzünə təbəssüm gətirdi. Sevinə-sevinə dostunun ayaqlarını sığallayan it elə bil ki, özünə gəlmişdi. Oynayır, atdanır, özünəməxsus şəkildə şənlənirdi.

Bu səhnəni görən valideynləri üzünü Çingizə tutub deyirdilər:

- Oğlum, səni sadiq dostunun sevgisi sağaltdı. O səni bir an da olsa tək qoymadı. Bu aylar ərzində bircə dəfə də yatağının yanından ayrılmadı. Sən Reksin sevgisinin sayəsində sağaldın. Bizi bağışla, həmişə səni danlayırdıq ki, onu qov getsin.

Üzünə təbəssüm qonan Çingiz dostunun başını sığallayıb dedi:

- Siz mənim dostuma bir heyvan, it gözü ilə baxırdınız. Amma mən onu dostum kimi sevirdim. Onun etibarına, sadiqliyinə əmin idim. Siz isə bunu anlamırdınız. O çox etibarlı, sadiq dostdur. Dostuna görə özünü oda, alova atar.

Bu söhbətin üstündən aylar keçdi. Bir gün gözlənilməz faciə baş verdi. Çingizin ata-anası işdə, özü isə evdə tək idi. Televizora baxır, istirahət edir, dərs çalışırdı. Sadiq dostu Reks də evdə idi. Həyətdə öz dünyasını yaşayır, özünü günəşə verirdi. Çingiz birdən-birə qəribə iy hiss edib mətbəxə keçdi. Evdə qaz sobası açıq qalmışdı. Bu zaman dəhşətli hadisə baş verdi. Artıq gec idi. Qaz sobası partlamışdı. Hər tərəfi od-alov bürümüşdü. Reks səsi eşidib, tez özünü evə atdı. Dostunu od-alovun içində gördü. Dərhal küçəyə qaçdı. Qarşısına çıxan qonşunun ətəyindən tutub zingildəməyə başladı. İtin dalıyca alova doğru gələn qonşu ölümlə çarpışan Çingizi çiyninə alıb çölə çıxardı. Bu vaxt artıq yanğınsöndürən də, təcili yardım da gəlmişdi. Çingizi maşına qoyub xəstəxanaya apardılar. Reksi kənara itələyib maşını sürsələr də, o, dayanmamışdı. Sürətlə təcili yardım maşınının dalınca qaçmışdı.

Qonşular Çingizin valideynlərinə zəng edib məsələni bildirmişdilər. Əməliyyatdan çıxanda Çingizin ata-anası da artıq özlərini xəstəxanaya çatdırmışdılar. Onlar burada narahat-narahat vurnuxan iti görəndə çaşıb qalmışdılar. Qonşular “Reks olmasaydı, Çingiz içəridə yanacaqdı”, dedilər. Nə qədər kədərli olsalar da valideynləri Çingizin sadiq dostunun başını sığallayıb “Çingizin sadiq dostudur” söylədilər. Özünə gələndən sonra məsələni Çingizə danışan valideynləri “Səni ölümdən sadiq dostun qurtardı” dedilər. Minnətdarlıqla dostuna baxan Çingiz dedi:

- Bilirdim ki, məni ən dar günümdə ölümdən belə sən qurtaracaqsan. Sən əsl dostsan!

Tarix
2018.03.30 / 01:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla