Yuxarı

Prezident onlara "Şöhrət" ordeni verdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev bu gün Tahir İdris oğlu Əmiraslanov və Mövlud Süleyman oğlu Balakişiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Kult.az xəbər verir ki, Tahir Əmiraslanov 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Leninqrad Sovet Ticarəti İnstitutunu bitirib.

1984-1989-cu illərdə Gəncə İctimai iaşə trestində mühəndis-texnoloq, yeməkxana müdiri işləyib.

1990-cı ildə SSRİ Kulinariya Assosiasiyasının yaradıcılarından biri kimi həmin təşkilatın idarə heyətinin üzvü seçilib.

1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılan Azərbaycan Milli Kulinariya Mərkəzinə rəhbər təyin edilib. 1992-ci ildə Tahir Əmiraslanovun əməyi nəticəsində Azərbaycan sabiq SSRİ məkanından və türk dünyasından Ümumdünya Kulinariya Təşkilatları Birliyinə qəbul edilən ilk və yeganə ölkə olub.

1998-ci ildən YUNESKO-nun Beynəlxalq Xalq Yaradıcılığı Təşkilatının üzvü, 2004-cü ildən Ənənəvi Qida Komitəsinin sədr sədridir. Bir neçə ölkənin kulinariya assosiasiyalarının fəxri üzvü olan T.Əmiraslanov tarix elmləri namizədidir.

2016-cı ildən əməkdar mədəniyyət işçisidir. Kulinariyaya aid bir neçə kitabın müəllifidir.

Xalq yazıçısı Mövlud Süleymanlı isə 1943-cü il mаrt аyının 18-də Ermənistan SSR-nin Kаlininо rаyоnunun Qızıl Şəfəq kəndində (Cücəkənd) dоğulub.

BDU-nun Filologiya fakültəsini bitirib. 1968-ci ildə Аzərbаycаn Dövlət Radiosunа işə qəbul edilmiş, əvvəlcə "Gənclik", sоnrа "Ədəbiyyаt və İncəsənət" bаş redаksiyаsındа redаktоr kimi çаlışıb.

“Ulduz" və "Аzərbаycаn" jurnаllarında nəsr şöbəsinə rəhbərlik edib. 1991-1991-ci illərdə "Оğuz eli" qəzetinin baş redaktoru olub.

1992-ci ildən 2009-cu ilə qədər Аzərbаycаn Dövlət Telerаdiо Şirkətinin Rаdiо üzrə sədr müаvini vəzifəsini daşıyıb.

"Şeytаn", "Dəyirmаn", “Köç”, “Səs” və s. əsərlərinin, məşhur “Bəyin oğurlanması” filminin ssenari müəllifidir.

Tarix
2018.04.03 / 00:08
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla