Yuxarı

Zəngəzur Ermənistana necə birləşdirildi? - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan soydaşımız, tanınmış tarixçi, siyası xadim, Türkiyədə ilk dəfə “Xocalı soyqırımı”dissertasiyasına elmi rəhbərlik etmiş, türk dünyasının dəyərli ziyalısı Aygün Attarın “Erməniçilik müasir dövrün böyük problemi kimi” adlı yeni elmi əsəri Babıalı Kültür Yayınçılığı tərəfindən çap edilib.

Əsərdə Zəngəzurun Ermənistana birləşdirilməsi, erməni daşnaklarının Azərbaycanda törətdikləri 1918-ci ilin mart soyqırımı, habelə 1990-cı ilin 20 Yanvar faciəsi, Xocalı soyqırımının səbəb və nəticələri bir-birinə bağlı faktlar kimi əks olunub.

Kult.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində bu dəyərli kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə qonaqlar çıxışlardan öncə bildiriblər ki, ölkəmizdə keçirilən prezident seçkiləri tariximizdə yeni işıqlı səhifə açıb. Xalq İlham Əliyevə səs verməklə ölkədəki sabitliyə səs vermiş oldu.

Daha sonra bildirildi ki, professor Aygün Attar Türkiyənin ən böyük universitetlərinin birinin - Girəsun Universitetinin rektoru vəzifəsində çalışıb. Onun adı və soyadı səslənəndə gözümüz önündə qeyrətli Azərbycan qadını, ziyalı və mübarizədən qaçmayan alim canlanır. Aygün xanım Azərbaycan haqda Türkiyədə təhqiramiz fikirlər səsləndirən bəzi deputatları da məhkəməyə verib. Bu hərəkətilə isə onu sübut edib ki, insanlar fərqli düşünə bilərlər, amma dövləti, onun mənafeyini təhqir etmək olmaz.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov qeyd edib ki, bu kitab xaricdə yaşayan soydaşlarımız üçün də böyük töhfədir. İstər 80 milyonluq əhalisi olan Türkiyə ərazisində, istər də digər ölkələrdə yüksək səviyyədə tanıdılmalıdır. Çünki bu dəyərli əsər ayrı-ayrı dövrlərdə ermənilərin mənfur əməllərini, eləcə də qondarma “böyük Ermənistan” iddialarını təkzib edir:

“Kitab yaxın zamanda rus, ingilis və digər dillərə tərcümə ediləcək. Aygün xanım xaricdə yaşayan azərbaycanlıların simvoludur. O, fəaliyyyəti ilə ölkə prezidentinin xaricdə yaşayan azərbaycanlılar qarşısında qoyduğu ali missiyanı layiqincə yerinə yetirir”.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə əsərin milyonlarla oxucunun masaüstü kitabına çevriləcəyindən şübhə etmədiyini deyib:

“Aygün xanım kitabı ana fəryadı ilə başlayır, Zəhra balamıza nalə deyir. Uşaq hüquqlarını sözdə müdafiə edən dünya birliyinə öz şikayətini bildirir. Mən bu kitaba “Danışan canlı sənədlər” adı da verərdim. Çünki bu əsərdə arxivlər, tarixin şahidi olan daşlar danışır”.

Millət vəkili, yazıçı Aqil Abbas xaricdə yaşayan alimlərimizin, eləcə də Aygün Attar kimi qeyrətli qızımızın elmi fəaliyyətini qürurla izlədiyini vurğulayıb və kitabın Azərbaycan dilinə də uyğunlaşdırılması ilə bağlı təklif verib.

Millət vəkili Adil Əliyev isə ermənilərin bu gün heç nədən özlərinə dövlət qurduqlarını, Azərbaycanın isə tarixən ərazilərini itirə-itirə bu günə gəlib çıxdığını bildirib.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə Aygün xanıma ölkəmiz adına elmə verdiyi böyük töhfələr və Azərbaycanı erməniçilikdən qorumaq yolunda atdığı addımlara görə təşəkkür edib:

“Aygün Attar kimi alimlərimizin qlobal mücadiləsi sayəsində Azərbaycan ermənilərin təbliğatının, tanınmasının qarşısını almağı bacardı”.

Sonda qeyd olundu ki, bu elmi əsər elmi ictimaiyyətə və dünya oxucularına çatdırılmaq üçün olduqca qiymətli incidir.

Tarix
2018.04.13 / 15:23
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla