Yuxarı

O verilişə görə yasda məni öldürəcəkdilər... - Qulu Ağsəs

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq vaxtı kəndə motosikletlə fotoqraf gəlmişdi. Adamların şəklini böyüdürdü. Anama dedim ki, atamın şəklini ver böyütsün. O vaxtacan məni aldatmışdılar ki, atam Bakıda yaşayır. Dalaşdığım uşaqlardan birini atamla hədələmişdim. O mənə dedi ki, sənin atan ölüb, Bakıda yaşayan böyük qardaşındır. Şəkil böyütmək söhbətini anama deyəndə tutuldu. Bildim ki, qonşu uşaq düz deyir. İlk mənəvi zədəni onda aldım.

Kult.az xəbər verir ki, bu sözləri 49 yaşını qeyd edən tanınmış şair Qulu Ağsəs “Ədalət” qəzetinə müsahibəsində deyib. O, “Xalqın şairi” müsabiqəsinə görə başına gələn maraqlı olaylardan da danışıb:

“Bir dəfə maşınla gedəndə post patrul məni saxladı. Dedim, yəqin, cərimə yazacaq. Telefonunu çıxardıb “Xalqın şairi”ndəki iştirakçının videosunu göstərdi mənə. Dedi, bu cürə istedadlı birini niyə kəsdiz?

Bir dəfə də 500 nəfərlik yas yerində idim. Birdən bir topa adam əhatəsinə aldı məni. Fikirləşdim, yəqin, məni tanıdılar. Sonra məlum oldu ki, bunların ağsaqqalını müsabiqədən kəsmişəm. Az qaldı orda məni öldürələr. Yas yiyəsi dedi ki, sən canın, anamın qırxına gəlmə...”

Qeyd edək ki, Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub. O, "Sənsən hər yer", "Külək poçtdu", "Nabran novellası" və "Nöqtələr" kitablarının müəllifidir.

Tarix
2018.04.20 / 12:27
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla