Yuxarı

Müavin qızı Lalə nəyi var, göstərir, deyir(di)... - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən baş vermiş hansısa hadisəyə qarşı cəmiyyətin elə kəskin reaksiyasına şahid olursan ki, çaşıb qalırsan. Və düşünməyə başlayırsan, görəsən, doğrudanmı bu qədər müqəddəs insanların cəmləşdiyi bir toplumda yaşayırıq?! Hamı sanki paki-müqəddəsdir, hamı sanki dünyanın ən saf ürəkli, ən təmiz vicdanlı adamıdır.

Vicdan demişkən, son zamanlar vicdan anlayışına qarşı da maraqlı baxış bucağı yaranıb. “Vicdanı ən təmiz insan vicdanını heç vaxt işlətməmiş insandı”.

Bəli, ey vicdanı ən təmiz dostlar, yenə səhnə sizindi, fürsət bu fürsət deyib, nifrət püskürmə, söyüş planı doldurma zamanıdı, yenə günəş sizlərçün doğuldu, bu dəfə yerin altından - Bakı Metropolitenindən.

Çox heyf ki, siz əziz insanlarla heç üz-üzə gəlməmişəm, bilmirəm də yeriniz, məkanınız haradı ki, gəlib nurunuzdan aydınlanam. Amma mənim yaşadığım, hər gün iç-içə olduğum cəmiyyətdə ”şəhərli-kəndli” söhbətləri o qədər olur, o qədər olur ki, artıq rastlaşmadığım gün olanda təəccüb edirəm.

Elə son dəfə şahid olduğum, ictimai nəqliyyatda, oturmağa yer tapmayan yaşlı bir xala elə qışqırmışdı ki, səsi hələ də qulağımdan getməyib:

- Torpağını qoyub Bakıya qaçan alçaqlar, bunlar gələndən böyüyə-kiçiyə hörmət də qalmayıb, şəhəri it gününə qoyublar!

Kimsə dillənmədi, heç qalxıb yer verən də olmadı, deyəsən, hamısı kəndçiydi..

Əziz Nesinin çox maraqlı bir sözü yadıma düşdü: “Birinə eşşək desən, səni eşşək sudan gəlincəyə qədər döyər, hətta bəlkə öldürər də, amma eşşək yerinə qoyub minsən, heç ruhu da inciməz”.

Söhbəti qəfil dəyişdiyimi düşünməyin, elə məhz aramızda olan, bizlərlə iç-içə yaşayan, amma heç vaxt görmədiyimiz o paki-müqəddəslərə gətirirəm sözümü.

Mərhum deputatımız Astan Şahverdiyevə nələr deyilmədi ki! - Kaş ki, doğrudan da bu qədər söyüşləri, təhqirləri haqq edəcək əməlləri olaydı, adamın ürəyi “cızz” etməzdi bu qədər.

Bir səhv sözə görə - ardından üzrü istənilmiş bir səhv sözə görə ölümündən sonra belə rahat buraxılmamaq - əsl təmiz vicdan məhsuludu!

O “atxod” sözü nədi ki! Vallah, bu qulaq elə sözlər eşidib xaricdə yaşayan vətəndaşlarımıza qarşı...

Həqiqətin ağırlığını daşıya bilməyəcək insanlara yalan danışmamaq cinayətdi.

Yalan nədi, həqiqət nədi?

Yalan odur ki, biz hamımız inanırıq ki, ən doğru, ən dürüst özümüzük.

Həqiqətsə başqalarında gördüyümüz bütün mənfi hallara qarşı içimizdə yaranan nifrətin, əslində, birbaşa özümüzə aid olmasıdı.

“İnsan insanın güzgüsüdü” nəticədə, adım kimi əminəm ki, o Metropoliten işçisi olan xanımın səsləndirdiyi fikirlərə kəskin etiraz edən adamların içində həmkəndlilərinə qarşı gərçək bir nəsə neqativ hiss var. Sadəcə cəmiyyət imkan vermir o hissi üzə çıxarmağa!

Metropoliten rəhbərinin müavininin qızı olduğu deyilən Lalə Babayeva paylaşdığı şəkillərdə də cəmiyyətin rəyi ilə o qədər də hesablaşmadığı görünür. Nəyi var, onu göstərməyə və deməyə çəkinmir.

Daha doğrusu, çəkinmirdi! Onu artıq peşman elədik, sözünü geri götürdü.

Əminəm ki, atasına, əslində, atasının tutduğu vəzifəyə və statusuna görə geri çəkildi.

Başa düşdü ki, hər həqiqəti deyəndə adamın özünü də, atasını da lüt qoyarlar – hər mənada.

Anladı ki, həqiqətin ağırlığını daşıya bilməyəcək insanlara yalan danışmamaq cinayətdi!

Biz həqiqətən müqəddəs insanlarıq!

Tarix
2018.04.26 / 16:27
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla