Yuxarı

Bu məsələdə şeytanın əl işi var - Vəli Hüseyn

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Vəli Hüseynin şeirlərini təqdim edir:

Sanki...

Sanki uşaqlığımın

Oyuncağı kimiyəm;

Sanki dəcəl bir uşaq,

Sındırıb atıb məni.

Sanki ölüm hökmüm

Verilən məhkəməyəm,

Sanki ən güvəndiyim

Dostlarım satıb məni.

Sanki bir çarəsizə

Mən dayağam, köməyəm,

Sanki xoşbəxt yuxuyam

Doyunca yatıb məni...

***

Günəş canına qəsd edər

Yanar iliyinəcən.

Göy üzü ağlayar ulduzlarını

Gecənin ovucuna.

Bir soxulcan ürəyi

Balıqdan öncə dayanar.

Bir qarışqa belində

Dünyanı aparıb gedər.

Bir uşaq üşüyər ana bətnində,

Bir kişi atalaşar.

Bir uşaq üşüyər ana bətnində;

Allahla dalaşar...

***
Məndim ağ atlı oğlanın,

Sehrli xalatlı oğlanın,

Bilmədin ki...

Alnımda yazını gözlədim,

Gözümdə üzünü gözlədim,

Gözlədim e, zalım qızı,

Yol oldum addımlarına,

İzini-tozunu gözlədim,

Gəlmədin ki...

***
Yarpaqlar üşüyər ovucumda,

Əllərim yanar..

Bir ağac ayrılar uşaqlarından,

Külək utanar..

Dolar gözlərinə daş ürəyimin,

Qara buludların hönkürtüləri,

Yağışlanaram..

Bir Allah itirər məni,

Bir Sən,

Dualarımı Allaha,

Sevgimi Sənə

Bağışlamaram..

Və bir çobanyastığı çiçəyi

Bitirməz torpaq,

Ki, “Səni sevmirəm”ə qalsın son ləçəyi..

Bir adam...

Çölüm insanla dolu;

İçimdə biri də yox.

Bu necə boş ürəkdi,

Dolmağa yeri də yox.

Nə dosta qapı açıq,

Nə yarın gəlişi var..

Bəlkə bu məsələdə

Şeytanın “əl işi” var!?

Bu nəyin vəsvəsəsi,

Qorxusu nəyin axı,

Necə bu tənhalığa

Dözür ürəyim axı!?

İlahi, gərçəkmi bu,

Yoxsa bir yuxudumu,

Ürəyimə salmağa

Bir adam yox idimi?

Tarix
2018.05.17 / 02:10
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla