Yuxarı

Belə layihələrə dəstək göstərmək borcumuzdur – Millət vəkili

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun müəllifliyi ilə ərsəyə gəlmiş və SAVALAN şərablarının istehsalçısı ASPİ AQRO MMC-nin sponsorluğu ilə Ukraynada “Dostluq” cəmiyyəti tərəfindən Ukrayna dilində nəşr olunmuş “Azərbaycan mətbəxi haqqında rəvayətlər” kitabının təqdimat mərasimində iştirak edib.

Kult.az xəbər verir ki, millət vəkili kitabın Ukraynada milli mətbəximizi öyrənənlər üçün çox faydalı bir ləvazimat olduğunu vurğulayıb. O, dünyanın əksər ölkələrində milli mətbəximizin təbliği ilə bağlı bu cür kitabların nəşrinin önəmini xüsusilə qeyd edib.

Milli mətbəximizi öz adlarına çıxarmağa, özününküləşdirməyə çalışanlara qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyini qeyd edən millət vəkili bu işdə diaspor təşkilatlarının üzərinə böyük vəzifələr düşdüyünü bildirib:

“Milli mətbəximiz mədəniyyətimizin ayrılmaz hissəsidir. Milli mətbəximizi təbliğ edən bütün layihələrə dəstək göstərmək hər birimizin borcudur”.

Tarix
2018.06.09 / 17:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla