Yuxarı

Tehran Universitetinin müəllimi: Fars dili işə yaramır

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fars dilində çox sayda türk sözü var. Məsələn, “Q” hərfi olan əksər sözlər türk sözüdür. Fars dilində ümumiyyətlə “Q” hərfi yoxdur. Misal üçün, qəşəng, qırmızı, qab, boşqab, yaylaq, qışlaq və s. kimi sözlər hamısı türk dilinə aiddir. Ona görə də təmiz fars dilində danışmağa çalışmaq yanlış bir təsəvvürdür.

Axar.az xəbər verir ki, bu barədə Tehran Universitetinin müəllimi İsmayıl Əmini “Cavan” radiosunda çıxışı zamanı deyib. O bildirib ki, əhali arasında danışılan fars dili universitet mühitində və mütəxəssislər arasında heç bir işə yaramır:

“Düşünün ki, biri universitet müəllimidir. Şübhəsiz ki, onun fars sözlərindən başqa, bir çox sözlərə ehtiyacı var. Məsələn, tibb üzrə mütəxəssis üçün də xüsusi sözlər gərəkir, hansı ki, fars dilində yoxdur. Fars Dili və Ədəbiyyatı Mədəniyyət Evi türk, ərəb və ingilis sözlərini əvəz edən farsca yeni sözlər yaratmalıdır. Bu sözlər əvvəlcə çətin qəbul olunsa da, sonra əhali arasında öz yerini tapacaq”.

İsmayıl Əmini fars dilinə digər dillərdən çox sayda sözün daxil olmasını bu dilin yeni sözlərə olan ehtiyacı ilə izah edib.

Tarix
2018.06.11 / 00:26
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla