Yuxarı

“İmadəddin Nəsimi: İraq divanı” təqdim edildi – Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, professor Qəzənfər Paşayevin “İmadəddin Nəsimi: İraq divanı” və onun ədəbi, elmi yaradıcılığını əks etdirən “Biblioqrafiya” adlı kitabının Mirzə Fətəli Axundov adına Kitabxanada təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, ədəbiyyatşünasların, bir sıra ziyalıların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Axundov adına Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, ədəbiyyatımıza töhfə olan sözügedən kitabların məhz bu kitabxanada keçirilməsi əlamətdar hadisədir. O, görkəmli ədəbiyyatşünas alim, “İmadəddin Nəsimi: İraq divanı” kitanın tərtibçisi və ön sözünün müəllifi, professor Qəzən Paşayevin yaradıcılığını yüksək qiymətləndirərək, onun növbəti kitabının da digərləri kimi elmi, ədəbi ictimaiyyətdə hadisəyə çevrildiyini vurğulayıb.

AMEA Nizami adına ədəbiyyat İnstitutunun direktoru, professor İsa Həbibbəyli Qəzənfər Paşayevin bütövlükdə elmi-ədəbi yaradıcılığını yüksək qiymətləndirərək onun Azərbaycan ədəbiyyatşünaslığı və filologiyasına verdiyi töhfələrdən danışıb. “Altı il Dəclə və Fərat sahillərində” kitabını xatırladan İsa Həbibbəyli növbəti kitabın - “İmadədddin Nəsimi: İraq divanı”nin İraq və Azərbaycan ədəbi əlaqələrində mənəvi körpü olduğunu vurğulayıb.

Milli Məclisin deputatı, kitabın çapı və "Nəsimi dünyası" layihəsinin həyata keçməsinə dəstək göstərən "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva çıxış edərək əmisi Qəzənfər Paşayevin ustad şair Nəsiminin yaradıcılığını əks etdirən sözügedən kitabın nəşr olunma zərurətindən və əhəmiyyətindən danışıb. Professor Qəzənfər Paşayevin bu kitabının ustad şair Nəsimi irsinin latın qrafikalı əlifba ilə nəşr edilməsini gənc nəsilə çatdırmaq baxımından mühüm addım hesab edib. O, çıxışında Nəsimi yaradıcılığını, onun fəlsəfi görüşlərinin əsas məzmununu məhz Qəzənfər müəllimin söhbətlərindən öyrəndiyini vurğulayıb. İllər öncə Suriyaya səfər edərkən Hələb şəhərində ustad sənətkarın məzarını da ziyarət etdiyini xatırladan millət vəkili Qənirə Paşayeva ulu öndər Heydər Əliyevin sənətkara verdiyi diqqətdən də söz açıb. Onun sözlərinə görə, Nəsimi yaradıcılığının və fəlsəfi fikrinin əsasında kamil insan anlayışı dayanır və insanın yaradanın bir parçası olduğu vurğulanır. O bildirib ki, işıq üzü görmüş kitab gənclərin daha çox faydalanması üçün müxtəlif təhsil ocaqları, kitabxanalarına paylanılacaq.

Kitabın ərsəyə gəlməsində maddi-mənəvi dəstəyini əsirgəməyən iş adamı Tahir Gözəl Nəsimi irsinin özəlliklərindən danışıb və bu nəşrə dəstək olduqları üçün məmnunluğunu dilə gətirib və Nəsimi yaradıcılığından geniş söz açıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru Şirindil Alışanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Ensiklopediya Mərkəzinin direktor müavini Vaqif Bəhmənli, professor Rəhim Əliyev və digərləri çıxış edərək Qəzənfər Paşayevin elmi yaradıcılığını yüksək dəyərləndiriblər və onun ziyalı və şəxsiyyət kimi müsbət cəhətlərini səciyyələndiriblər. Qeyd edilib ki, Qəzənfər Paşayevin Kərkük ədəbi isrinə olan sevdasının nəticəsidir ki, bu kitab oxucuların ixtiyarına verilib.

Sonra çıxış edən Qəzənfər Paşayev onun yaradıcılığı ilə bağlı səslənən xoş sözlərə görə təşəkkür edib və kitabın ərsəyə gəlməsindən, xüsusilə də İraq divanının necə tapılmasından söhbət açıb. O bildirib ki, latın qrafikasında işıq üzü görmüş bu kitab Nəsimini daha geniş auditoriyaya çatdırılmasına kömək olacaq. O, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

Sonda Qəzənfər Paşayev ilə xatirə şəkli çəkilib və ziyalıya bundan sonrakı yaradıcılığında yeni-yeni nailiyyətlər arzulanıb.

Tarix
2018.07.05 / 00:54
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla