Yuxarı

Artıq bu sahə də Kamal Abdullanın adı ilə bağlıdır

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarı ilə nəşr olunan “Azərbaycan tərcümə ensiklopediyası” kitabının Tərcümə və mədəniyyətşünaslıq fakültəsində təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, təqdimatda çıxış edən Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Bənövşə Məmmədova kitab haqqında danışıb. O, bildirib ki, ölkəmizdə ilk dəfə oxuculara təqdim olunan “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, nəzəri-praktik məsələləri öz əksini tapıb:

“Bütün dünyada ensiklopediya işi ciddi və çox mürəkkəb intellektual fəaliyyət növü sayılır. Bu mənada “Azərbaycan tərcümə ensiklopediyası” kitabı öz sambalı ilə seçilir. Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərindən bəhs edir. Nəşrdə tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb. Ensiklopediyanın ideya müəllifi və baş redaktoru akademik Kamal Abdullanın on illik zəhməti hesabına başa gələn bu kitab tərcümə işinin bütün sahələrini özündə ehtiva edir. Düşünürəm ki, ölkəmizdə özünəməxsus həyat tərzinə çevrilən multikulturalizmlə bağlı vəsaitlər hazırlanması Kamal Abdullanın adıyla bağlıydısa, indi bu sıraya tərcümə işi də əlavə olundu”.

Tərcüməçi Yusif Savalan kitabın üzərində 10 ildən artıqdır iş getdiyini və bunun postsovet məkanında bir ilk olduğunu vurğulayıb:

“Kitabla ilk tanış olan hər kəs onun böyük əhəmiyyətə malik olduğunu və unikallığını görə bilər. Məncə, çəkilən əziyyətə dəyərmiş”.

Qeyd edək ki, kitabın redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunur. Rəyçilər isə filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Aydın Ələkbərov, filologiya üzrə elmlər doktoru, professor Lidiya Qranovskaya və filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyevdir.

Tarix
2018.07.05 / 17:05
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla