Yuxarı

Bakıda 13 illik layihə reallaşdı: mühüm addım - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan tərcümə ensiklopediyası” kitabının təqdimat-təhlil mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan universitetin rektoru və kitabın ideya müəllifi, akademik Kamal Abdulla ensiklopediya haqqında danışıb:

“Kitabın hazırlanmasında böyük bir komandanın əziyyəti var. Biz Bakı Slavyan Universitetində belə bir nəfis kitabı ərsəyə gətirmək üçün illər öncə çox ciddi işlərə başlamışdıq və artıq işimizi yekunlaşdırdıq. İnanıram ki, bu kitab tərcüməşünaslar, mədəniyyətşünaslar, filoloqlar, yazıçılar üçün son dərəcə əhəmiyyətli bir vəsait olacaq”.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli “Azərbaycan tərcümə ensiklopediyası”nın dövlətçilik baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib:

“Dövlət sərəncamlarının, sənədlərin, “Dünya ədəbiyyatı kitabxanası”na daxil edilmiş əsərlərin siyahısının yer aldığı bu kitab tərcümə sənəti və tərcümə elminə, Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edir. Bu ensiklopediya Azərbaycan tərcüməşünaslığına dair ilk monoqrafik tədqiqatdır. Hesab edirəm ki, “Azərbaycan tərcümə ensiklopediyası” tədris-metodika baxımından da əhəmiyyətlidir”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik, Möhsün Nağısoylu isə kitabın gənclər üçün xüsusi əhəmiyyətindən bəhs edib.

Redaksiya heyətinin üzvü, Türkiyənin Səlcuq Universitetinin müəllimi Rövşən Əliyev kitabın 13 illik zəhmətin bəhrəsi olduğunu bildirib:

“Ensiklopediyanın ərsəyə gəlməsinin 8 ilində mən də iştirak etmişəm. Bu 600 səhifəlik kitabda bir çox insanın rolu var. Ən böyük rol isə layihə rəhbəri Kamal Abdullanındır. Bu kitabı hazırlayanda belə tərcümə ensiklopediyanın olub-olmaması barədə araşdırma apardıq, Türkiyədə belə bu cür kitabın olmadığını gördük”.

Qeyd edək ki, kitabın redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunurlar. Rəyçilər filologiya elmləri doktorları, professorlar Cəlil Nağıyev, Aydın Ələkbərov və Lidiya Qranovskaya, filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyevdir.

Tarix
2018.07.06 / 15:37
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla