Yuxarı

Müasir dövrün tələbi: Təbii üsulla müalicə - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova və biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın həmmüəllifliyi ilə işıq üzü görmüş “Bitkilərin sirli dünyası” adlı kitabı “Azərkitab”da ictimaiyyətə təqdim edilib.

Kult.az xəbər verir ki, tədbirin təşkilatçısı Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova çıxışında kitabın məzmun və əhəmiyyətindən danışıb.

“Nərgiz” Tibb Mərkəzinin rəhbəri, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova bildirib ki, xalq təbabəti tarixin qədim dövründən inkişaf edərək bu günə gəlib çıxıb:

“Hətta klassik ədəbiyyatımızda, Xaqani və Nizami Gəncəvinin əsərlərində müxtəlif dərman bitkilərinin adları çəkilir. Müasir dövrdə artıq inkişaf etmiş ölkələrdə xalq təbabətinə önəm verilir, bir sıra bitkilər müalicəvi məqsədlər üçün istifadə edilir. Zəngin və əlverişli coğrafi iqlimə malik olan Azərbaycan florası özünəməxsus dərman bitkiləri ilə daha zəngindir”.

Qeyd edilib ki, Məlahət Qəhrəmanovanın müxtəlif patentlər alması Azərbaycan tibb elmi üçün yüksək nailiyyət hesab oluna bilər.

Kitabın digər həmmüəllifi Səyyarə İbadullayeva deyib ki, kitabın birinci hissəsi ot bitkilərini əhatə etsə də, gələcəkdə kitabın ikinci hissəsində kol və ağac bitkilərindən və onların müalicəvi əhəmiyyətindən bəhs ediləcək.

Millət vəkili Qənirə Paşayeva isə hələ universitet illərindən müalicəvi əhəmiyyətli bitkilərlə maraqlandığını bildirib:

“Təbiətin bizə təmənnasız bəxş etdiyi bu dəyərli və faydalı bitkilərdən istifadə edək. Elə ölkələr var ki, onların dərman bitkilərindən əldə etdiyi gəlir çox yüksəkdir. Artıq Azərbaycanda da bu məsələ gündəmdədir. Cənab Prezident artıq dərman preparatlarının idxalının azaldılması və dərman istehsalının ölkəmizdə də artırılmasına, yeni müəssisələrin açılmasına diqqət edir”.

Tarix
2018.07.10 / 17:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla