Yuxarı

QANUN-dan yeni nə var?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanun Nəşrlər Evində iki yeni kitab işıq üzü görüb.

Kult.az xəbər verir ki, bunlardan biri Jül Vernin fantastika janrında yazdığı “20000 lyö su altı ilə”, digəri isə məşhur türk yazıçısı Orhan Pamukun “Qırmızı saçlı qadın” adlı kitablarıdır.

Jül Vern dünyasına sualtından daxil olun!

20000 lyü su altı ilə - Jül Vern

Jül Vernin “20000 lyö su altı ilə” romanı, Nautilus adlı sualtı gəmi ilə səyahət edən Kapitan Nemo və dənizaltı dünyaya qonaq olan elm adamı Aronaksın etdikləri səyahət və yaşadıqları macəralardan ibarətdir. Əsərin qəhrəmanları köpəkbalıqları ilə vuruşmaqdan tutmuş, su altında vulkan partlaması kimi, bir çox macəralar yaşayır, Atlantik qitəsini ziyarət edir, Cənub qütbünü kəşf edirlər.

Romanda XIX əsrin ikinci yarısında dənizçiləri narahat edən, dəniz və okeanlarda peyda olub, alimlərin “dəniz əjdahası” ad­landırdığı işıqsaçan, milşəkilli əşyanın varlığın­dan və törətdiyi fəlakətlərdən bəhs olunur.

Tərcüməçilər: M.S.Təhmasib, M.Mustafayev

Sarsıdıcı və böyük bir eşq hekayəsi!

Qırmızı saçlı qadın – Orhan Pamuk

İlk məhəbbət bütün bir həyatı təyin edə bilərmi? Yoxsa, tale yolumuza sadəcə tarixin və əfsanələrin gücü yön verir?

Orxan Pamuk “Qırmızı Saçlı Qadın”da bizi otuz il əvvəl İstanbul yaxınlığındakı bir qəsəbədə bir lisey şagirdinin yaşadığı sarsıdıcı eşq hekayəsilə böyük bir insani günahın izincə sürükləyir.

1980-ci illərin ortasında ənənəvi üsulla quyu qazan Mahmud Ustayla köməkçisi “Kiçik bəy” Cem çətin bir ərazidə su axtarır. Qəsəbənin kənarında qurulan sarı teatr çadırında əsrarəngiz bir aktrisa hər gecə qədim nağıl və hekayələri nəql etməkdədir.

Roman bir yandan gənc qəhrəmanın sevgi, qısqanclıq, məsu­liyyət və azadlıq hisslərilə dərindən tanış olmasını nəql edərkən, digər tərəfdən də mədəniyyətlər vasitəsilə atalar və oğullar, “avtoritarlıq” və fərdilik mövzularını araşdırır.

“Qırmızı Saçlı Qadın”da oxucu Qərbin və Şərqin iki təməl əfsanəsi – Sofoklun “Tiran Edip”i (atanı öldürmək) və Firdovsinin “Rüstəm və Söhrab”ıyla (oğulu öldürmək) yenidən rastlaşacaq və özünə sıradan olan həyatının əslində qədim mətnlərdən nə qədər təsirləndiyi sualını verəcək.

Tərcümə: Lalə Rəhmanova

Tarix
2018.08.16 / 15:22
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla