Yuxarı

Türkiyədə öz adına dövlət quran məşhur azərbaycanlı

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixdə bir əlində qılınc, o birində qələm tutan şəxsiyyətlərdən biri də görkəmli dövlət xadimi, sərkərdə və şair Qazi Bürhanəddindir. Gözəl şeirləri, tuyuqları ilə tarixə düşən Bürhanəddin həm də 18 il mövcud olmuş bir dövlətin hökmdarı olub.

Kult.az xatırladır ki, Qazi Bürhanəddin 1344-cü ildə Qeysəriyə şəhərində anadan olub. O, mənşəyinə görə qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Şairin adı Əhməd, təxəllüsü isə Qazi Bürhanəddindir.

O, vətənində təhsil aldıqdan sonra, 1358-ci ildə Misirə yola düşüb. Burada ilahiyyatı (fiqh, hədis və tibb), tibbi, fəlsəfəni və digər elmləri öyrənib. Daha sonra özünün ilahiyyat, təbiət və riyaziyyat sahələrində biliklərini artırmaq məqsədilə Dəməşqə, bütün Şərqdə məşhur olan alim Qütb əd-Din Razinin yanına gedib.

1365-ci ildə isə Qeysəriyəyə qayıdıb və Ərətna (Anadolu) bəyliyinin hökmdarı Məhəmmədin qızı ilə evlənib. Bundan sonra atasının yerinə qazi təyin edilib. Bu vəzifədə on ildən artıq işləyən Qazi Bürhanəddin yüksək savadı, mədəniyyəti və ədalətliliyi ilə xalqın hörmətini qazanıb.

Ərətna hökmdarı Məhəmməd öldükdən sonra onun taxtına oğlu Əli keçib. Əli azyaşlı olduğu üçün dövlətin bütün işlərini Qazi Bürhanəddin görüb və 1378-ci ildə vəzir təyin olunub. İki ildən sonra, Əlinin ölümü ilə Bürhanəddin onun körpə uşağının atabəyi olub. Beləliklə, dövlətə rəhbərlik onun əlinə keçib.

1381-ci ildə Qazi Bürhanəddin öz adını daşıyan yeni bir dövlət yaradıb və Sultan elan edilib. Bundan sonra onun bütün həyatı daxili və xarici düşmənlərə qarşı fasiləsiz yürüş və döyüşlərdə keçib.

Bürhanəddin xarici siyasət sahəsində qeyri-adi uzaqgörənlik və müdriklik göstərir. Osmanlı sultanı I Bəyazid, Qızıl Orda xanı Toxtamış, Əmir Teymur kimi təhlükəli rəqiblərin və onlarla xırda əmirlərin əhatəsində qalan Bürhanəddin düz 17 il öz ölkəsində sülhü və əmin-amanlığı qoruya bilib. Siyasi vəziyyət tələb edəndə o, I Bəyazidlə, yaxud Teymurla açıq mübarizəyə girib, zərurət yarandıqda keçmiş rəqibləri Toxtamış xan, yaxud da məmlük sultanı Barqutla ittifaq bağlayıb.

Bürhanəddin ölkəni Teymurun işğalından xilas edib və qonşu əmirlərlə uğurlu müharibələr aparıb. O, ticarət, maarif və elmin inkişafına xüsusi diqqət göstərib, mədrəsələr, karvansaralar açdırıb, körpülər saldırıb.

Qazi Bürhanəddin Azərbaycan tarixi və ədəbiyyatı ilə yanaşı, Osmanlı tarixində də silinməz iz qoyub. Belə ki, 1392-ci ildə Qazi Bürhanəddin Osmanlı İmperiyası ordusunu Çorum yaxınlığında Qırxdilim adlı yerdə məşğlub edib və bu savaşda İldırım Bəyazidin varisi – oğlu Ərtoğrul öldürülüb.

Qazi Bürhanəddin 1398-ci ildə Ağqoyunlu hökmdarları Qara Yoluq Osman bəylə döyüşdə həlak olur və Sivas şəhərində dəfn edilir. Bundan sonra ölkədə hakimiyyət onun yeganə oğlu Elməddin Əli Çələbiyə keçir. Ancaq gənc hökmdar hakimiyyəti əldə saxlaya bilmir və Qazi Bürhanəddinin çətinliklə yaratdığı dövlət I Bəyazid tərəfindən süquta uğradılır. Ölkənin torpaqları isə Osmanlı dövlətinin tərkibinə keçir.

Tarix
2018.09.10 / 07:00
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla