Yuxarı

Cümhuriyyətlə bağlı iki toplu təqdim olundu - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Arxiv İdarəsində qurum tərəfindən hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyəti. Təhsil siyasəti” sənədlər toplusunun və “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” adlı məqalələr toplusunun təqdimatı olub.

Milli Arxiv İdarəsindən Kult.az-a verilən məlumata görə, təqdimat mərasimində idarənin rəisi Əsgər Rəsulov hər iki nəşr haqqında iştirakçılara məlumat verib. Bildirib ki, bu nəşrlər Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında müvafiq Sərəncamının icrası məqsədilə Nazirlər Kabinetinin tədbirlər planına uyğun olaraq hazırlanıb.

“Azərbaycan Xalq Cümhuriyyəti. Təhsil siyasəti” adlı sənədlər toplusu Cümhuriyyətin təhsil və maarif sahəsində fəaliyyətini əks etdirən arxiv sənədləri əsasında hazırlanaraq xronoloji ardıcıllıqla 1918-ci ilin may ayından 1920-ci ilin aprelinədək olan dövrü əhatə edir.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” kitabında isə Milli Arxiv İdarəsi və dövlət arxivləri əməkdaşlarının arxiv sənəd və materialları, eləcə də digər tarixi mənbələr əsasında yazdıqları və müxtəlif illərdə mətbuat səhifələrində çap edilmiş 25 portret-oçerk və məqalə toplanıb.

Sonra nəşrlər ətrafında Milli Arxiv İdarəsinin və respublika dövlət arxivlərinin məsul vəzifəli əməkdaşları tərəfindən fikir mübadiləsi aparılıb.

Tədbirdə sözügedən nəşrlərin aidiyyəti üzrə dövlət orqanlarına, ali təhsil müəssisələrinə, kitabxanalara, informasiya agentliklərinə, redaksiyalara və digər qurumlara paylanıldığı qeyd olunub.

Tarix
2018.09.14 / 20:07
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla